Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiya şəraitində qanunu pozmadan 100-dən çox qonaqlı toy etməyin yolunu tapdılar - Foto
Toy - nikah

İtaliyada gənc cütlük koronavirus məhdudiyyətlərini pozmadan 130 nəfər qonağın dəvət olunduğu təntənəli mərasim keçirməyin maraqlı yolunu tapıblar.

Bu barədə "La Repubblica” xəbər yayıb.

Bildirilir ki, Azolo şəhərindən olan sevgililər ölkədə ilk dəfə drive-in formatında toy həyata keçiriblər. Yüzdən artıq qonaq öz avtomobillərindən çıxmayaraq nikah mərasimində iştirak ediblər.

Pandemiya .əraitində - Toy

Gənclər Alp atıcılarının yerli assosiasiyası ilə razılığa gələrək geniş park yeri kirayələyiblər, 56 avtomobil üçün yarımsfera şəklində yerlər hazırlayıblar və onlarla ofisiant tutublar.

Kilsədə nikah mərasimindən sonra qonaqlar avtomobilində bayram tədbirinin təyin olunduğu yerə gəliblər. Burada onları qəlyanaltılar, şərab badələri və alkoqolsuz içkilər gözləyib. Cütlük üçün isə park yerinin ortasında çadır qurulub.

"Biz tədbirin alınmayacağından qorxurduq, amma mərasim çox gözəl keçdi”, - deyə sevgililər sevinclə bildiriblər.(oxu.az)

Pandemiya .əraitində - Toy

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »