Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müasir “Robinzon Kruzo”lar 33 gün sonra xilas ediliblər
Kimsəsiz ada

ABŞ-ın Florida ştatı ilə Kuba arasındakı Baham arxipelaqındakı boş adada qalan iki kişi və bir qadını xilas edilib.

“Haber Global” məlumat verir ki, həmin şəxslər Kuba vətəndaşları olublar.

ABŞ Sahil Mühafizə heyəti insanların bayraq yellədiyini gördükdən sonra köməyə gəlib.

Xilasedicilərin onları xilas etmək üçün kifayət qədər avadanlıqları olmadığından adaya qida, su və əlaqə saxlaya bilmək üçün vasitə buraxıblar.

33 gün sonra qurtarılan 3 nəfərin tutduqları siçanlarla və böyük ölçüdə kakosla qidalanaraq xilas olduqları bildirilir.

Məlum olub ki, onların qayıqları çevrilib və üzərək adaya çıxıblar.

Həmin şəxslər helikopterlə Floridada sağlamlıq mərkəzinə aparılıblar.

Onların ciddi problemlərinin olmadığı qeyd edilir.(oxu.az)

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür
Son xəbərlər
Bütün xəbərlər »