Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA-dan AVRO-2020 və təşkilatçı şəhərlərlə bağlı açıqlama
UEFA logo

Futbol üzrə 2020-ci il Avropa çempionatı nəzərdə tutulan vaxtda keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə UEFA-nın AVRO-2020-nin Stadionlarındakı Əməliyyat rəhbəri Andreas Şar "Sport-Express" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, turnirə 12 şəhərin hamısı ev sahibliyi edəcək: "Bəli, vəziyyətin necə inkişaf etdiyini izləyirik. Amma bu an üçün 12 şəhərin hər biri siyahıdadır".

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »