İnstagram amerikalı fəal və vəkil Robert Kennedi-balacanın hesabını silib.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu olan Robertin hesabı koronavirus əleyhinə peyvəndlə bağlı paylaşımına görə silinib. O, vaksinlə bağlı ictimaiyyətə yanlış informasiya ötürməkdə ittiham olunur.
Kennedi-balaca 15 ildən çoxdur ki, vaksinlər əleyhinə çıxış edir və uşaqların məcburi peyvəndlənməsini nəzərdə tutan qanunların dəyişməsini tələb edir.
Qeyd edək ki, “Facebook” Robert Kennedi-balacanın hesabının silinməsi ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.
Xatırladaq ki, “Facebook” pandemiyanın başlanğıcından sosial şəbəkədə koronavirusla bağlı yanlış məlumatların yayılmasına qarşı mübarizəyə başlayıb. Bu mübarizə tədbirləri çərçivəsində şirkət indiyədək minlərlə bu cür paylaşımları silib.