ABŞ Prezidenti Co Bayden vəzifəsinin icrasına başladıqdan sonra Çinlə ilk rəsmi telefon danışığını gerçəkləşdirib.
“Qafqazinfo” xəbər verir ki, Bayden çinli həmkarı Si Cinpinlə təkcə ABŞ və Çini deyil, dünyanı yaxından maraqlandıran həssas məsələləri müzakirə edib.
Bayden azad və açıq Hind-Sakit Okean bölgəsinin vacibliyindən söz açıb, çinli həmkarı isə qarşı-qarşıya gəlməyin iki ölkə üçün də “fəlakət” olacağını bildirib. Si Cinpin qeyd edib ki, iki tərəfin də yanlış anlaşılmalara imkan verməməsi üçün lazımi addımlar atılmalıdır.
“Çin bir çox sahədə böyük layihələr həyata keçirir. Hərəkətə keçməsək, onlar bizi qabaqlayacaq. Sürətlənməyə məcburuq”, - bu barədə telefon söhbətindən sonra Ağ Evdə təşkil olunan brifinqdə ABŞ prezidenti danışıb.
ABŞ və Çin liderlərinin telefon danışığı iki saat çəkib.