Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada qaçılmaz hakimiyyət dəyişikliyinə hazırlıq gedir
Kreml, Moskva, Rusiya

“Yaşlı Putin, görünür, puç olduğunu bilir və Rusiyaya gətirdiyi sabitliyin daha uzun müddət davam etməsinin təminatı üçün tədbir görür. Qərbdə Putini məqsədi yalnız hakimiyyəti qorumaqla özünü və müttəfiqlərini varlandırmaq olan amansız avtokrat kimi qəbul edirlər”,- “Foreign Policy” jurnalının Rusiya haqda yazısında bu fikirlərə rast gəlmək mümkündür.

Bizimyol.info xəbər verir ki, Ceff Houn və Sim Tekin müştərək yazısında Putinin hakimiyyətini qorumaq üçün hansı addımlar atmasından bəhs olunur. Elmlər doktoru Ceff Houn və analitik Sim Tek Rusiya dövlət başçısının siyasətinin incəliklərini açmağa çalışıblar.

“O, hakimiyyətini möhkəmləndirmək və bu müddət ərzində çox böyük sərvət toplamaq üçün hədə-qorxu, təhdid və təcavüz daxil olmaqla əlindəki bütün alətlərdən istifadə edib. Dövlət səviyyəsində bu vasitələr məqsədə çatmaq sayılır. Putin gələnə qədər 1990-cı illərdə Rusiya quldur dövləti sayılırdı. Rəqabət aparan oliqarxlar bizneslə quldurluq fəaliyyətinin sərhədlərini qarışdıraraq dövləti gülünc vəziyyətə qoyur, öz siyasi nüfuzlarından yararlanaraq iqtisadiyyatı talan edirdilər. Putin dövlət vəsaitlərinin mənimsənilməsinə son qoymadı, ancaq oliqarxların hədəfləri və qanunun özü də daxil olmaqla dövlətin hər şeydən üstün olduğunu elan etdi. Putinin Rusiyasında qanunsuz pul dövriyyəsi çoxdur, buna baxmayaraq, ərazi yuxarının nəzarətindədir, oliqarxlar arasındakı daxili mübarizə daha çox ictimaiyyətin diqqətindən kənarda saxlanılır”.

Müəlliflər yazır ki, Putin, əslində, Rusiyanın xarici və daxili siyasətinin formalaşdırılması üçün müstəsna məsuliyyət daşımır. Houn və Tek dövlət başçısının böyük biznes adamları və maqnatların yer aldığı qrupa rəhbərlik etdiyini bildirir. Yəni hakimiyyətdə təkcə Putin yox, bütün maraqlı tərəflər qalmaq istəyir.

“Bununla da Risiya hakimiyyəti gələcək liderlərin də poza bilməyəcəyi uzunmüddətli siyasi sabitlik yaratmağa çalışır. Konstitusiya dəyişiklikləri də buna xidmət edir”.

“Foreign Policy” jurnalının materialında Putinin komandasının, o cümlədən tərəfdarlarının onun qaçılmaz gedişinə hazırlaşdığı yazılır. Amma əsas məsələ bu gedişin necə baş tutmasıdır. Onlar hesab edir ki, pensiyaya çıxmaq və ya ölüm siyasi elitada parçalanmaya səbəb ola bilər. Bunun üçün də müxtəlif manevrlər diqqət çəkir, yumşaq keçid variantları müzakirə olunur. Yəni öz yerini kiməsə verib idarəetmədən uzaqlaşmaq nəzərdə tutulur. Yazıda Qərbin də Rusiyadakı mümkün dəyişikliklərə hazır olmasının vacibliyi ayrıca fərqləndirilib.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »