Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev: “Azərbaycan “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır”
İlham Əliyev

“Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur”.

APA-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında danışıb.

Dövlət başçısı bildirib ki, bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb: “Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik. Daha bir layihə bütün azad olunmuş ərazilərdə “ağıllı şəhərlər”in yaradılmasıdır ki, bununla bağlı da hazırlıq işləri gedir. İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır, lakin biz bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadiqik. Bununla da ölkənin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətindəyik. Hesab edirəm ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Biz məhz bununla məşğuluq. Bununla bağlı planlarımı bölüşdüm və əminəm ki, onlar həyata keçiriləcəkdir. Sadəcə olaraq, tərəfdaş və dostlarımızı məlumatlandırmaq istədim ki, belə imkanlar da mövcuddur”.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »