Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir: "Qəbələ rayonu və Qaqauziya arasında əməkdaşlıq müqaviləsi imzalanacaq"
Səfir:

"Azərbaycan-Moldova münasibətləri ikitərəfli əməkdaşlığın bütün səviyyələrində yüksək sürətlə inkişaf edir. Hər iki ölkənin xalqları arasında möhkəm dostluq əlaqələri mövcuddur" - Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinə səfəri barədə deyib.

"Qaqauziya Moldovanın ayrılmaz bir hissəsidir. Moldova ilə əməkdaşlığımızın inkişafı çərçivəsində Qaqauziya ilə də münasibətlərimiz uğurla genişləndirilir. Qaqauziyanın başçısı İrina Vlax ilə görüşdüm. Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən Çadır-Lunqa şəhərində yerləşən mədəniyyət və təhsil mərkəzinin inşası başa çatmaqdadır və qarşı tərəf buraya Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını verməyi təklif edir, əlavə olaraq Azərbaycanın Qəbələ rayonu ilə Qaqauziya Muxtar Ərazisi arasında əməkdaşlıq və qardaşlaşmaya dair müqavilə imzalanması nəzərdə tutulur. Ötən il sənəd layihəsinin imzalanmasına hər iki tərəfin hazır olmasına baxmayaraq, koronavirus (COVID-19) pandemiyası səbəbindən mümkün olmayıb. Ümid edirəm ki, bu il bunu həyata keçirəcəyik " – deyə səfir bildirib.

Səfir: "Qəbələ rayonu və Qaqauziya arasında əməkdaşlıq müqaviləsi imzalanacaq"

Mədəniyyət və təhsil mərkəzinin açılışı 2021-ci ilin birinci yarısına planlaşdırılır.

Görüşdə İ.Vlax tərəfindən Çadır-Lunqa şəhərində inşa edilən mərkəzin iki qardaş xalq arasında dostluq rəmzi olacağı vurğulanıb.

Görüşdə Moldovadakı Azərbaycanlılar Konqresinin sədri Elçin Bayramov da iştirak edib. Söhbət zamanı Azərbaycan diasporunun Qaqauziya və Moldovanın ictimai-siyasi həyatında iştirakının vacibliyi vurğulanıb.

Görüşün sonunda gələcək əməkdaşlığın digər sahələr üzrə inkişaf perspektivləri müzakirə edilmiş, elm, təhsil, səhiyyə, eləcə də sosial-iqtisadi sahələrin qarşılıqlı bölgələrarası əməkdaşlıq formatında genişləndirilməsinin vacibliyi bildirilmişdir.

Eyni zamanda, bölgəyə səfəri çərçivəsində səfir Q.Osmanov bu gün 30 illik yubileyini qeyd edən Komrat Universitetini ziyarət etdib. Tədbirdə çıxış edən səfir bu bölgə ilə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bizimyol.info

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »