Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soros Ermənistanı Rusiyadan almaq üçün yeni plan hazırlayıb
Nikol Paşinyan və Corc Soros

Ermənistanın baş naziri Nikol Paşinyan üçün çox vacib mərhələ başlayır. O, hakimiyyətini qorumaq uğrunda dəqiq ölçülmüş addım atmalıdır.

Ölkədə hökumətdən narazılıq getdikcə daha çox artır. Paşinyan bir müddət əvvəl çıxış yolunu növbədənkənar parlament seçkilərində görürdü. Sanki baş nazir bu fikrindən daşınmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatı Paşinyanın Soros fondu ilə arasının dəydiyini yazır. Baş nazirin hakimiyyətə gəlməsində məhz bu fondun xüsusi rolu qabardırılırdı. Paşinyan hətta əvvəllər burada işləmiş bəzi ictimai adamlara vəzifə də vermişdi.

Amma hadisələr gözlənilməz istiqamət alıb. Soros fondunun maliyyələşdirdiyi Ermənistan təşkilatları Paşinyandan parlament seçkilərinə getməyi tələb edir. Hökumət rəhbəri isə bu fikrə əvvəlki kimi isti yanaşmır.

Növbədənkənar parlament seçkilərini gündəmə qaytarmaq tələbini 10 “Sorosçu” təşkilat irəli sürüb. Bunlardan “Məlumatlandırılmış vətəndaşlar ittifaqı”nı, Helsinki vətəndaş assambleyasının Vanadzor ofisini, “Asparez” Gümrü jurnalistləri klubunu fərqləndirmək olar.

Petisiya müəllifləri “Mənim addımım” iqtidar blokunun fevralın 7-də baş nazirlə görüşdən sonra ölkədə seçki ilə bağlı ictimai sifarişin olmaması haqda bəyanatını manipulyasiya adlandırır. Seçki tələb edənlər Paşinyanın cəmiyyətdə nüfuzunu itirdiyinə görə vacib addımdan çəkindiyini düşünür.

Yerli mətbuata danışan politoloq Yervand Bozoyan deyib ki, parlament seçkiləri də Ermənistana siyasi sabitlik gətirməyəcək. Ekspert ölkədə yenə çalxalanma ola biləcəyindən söz açıb.

“Paşinyanın komandası üçün fiziki təhlükəsizlik zəmanəti olmadığı halda seçkilərin nəticələri həyati əhəmiyyət daşıyır. Qalan qüvvələr üçün Paşinyanın hakimiyyətdə qalması ölkənin faciəyə yuvarlanması deməkdir. Seçki mübarizəsi ölkəni bir daha silkələyəcək. Bunu “Soros təşkilatları” da istəyir”.

Bozoyan hesab edir ki, Soros fonduna yaxın hesab edilən təxminən 25-30 deputat daha Paşinyanla hesablaşmır. Politoloq bəzi nazirlərin də baş nazirin sözünə baxmadığını bildirir. Bozoyanın versiyasına görə, Soros fondu Paşinyandan Rusiya ilə münasibətləri yaxşılaşdırmaq cəhdinə görə narazıdır: “İndi fond ona əvəz axtarır”.

İrəvanda Respublika meydanında mitinq Ermənistanda etirazlar (Foto: Arxiv)

Politoloq bildirir ki, Soros fondunun Paşinyanı hakimiyyətə gətirməkdə məqsədi Ermənistanı Rusiyadan qoparmaq olub. Baş nazir isə mövqeyini itirmək təhlükəsi yarananda şimal ölkəsinə meyllənməyə başlayıb. Soros fondu ilə arasının dəyməsi də bu amilə görədir.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »