Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlilabadda narkotacirlər saxlanıldı
Həbs

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi ardıcıl əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Ələsgərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Aparılan araşdırmalarla E.Ələsgərova narkotik vasitəni satan şəxsin Cəlilabad şəhər sakini R.Fərəcov olduğu müəyyən edilib və o saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan 1 büküm narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamin aşkarlanıb. Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin narkotik vasitə və psixotrop maddəni R.Fərəcova satan şəxsin Cəlilabad şəhər sakini İ.Hüseynli olduğu müəyyən edilərək saxlanılıb və onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »