Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerevan məhkəməsi KTMT-nin keçmiş baş katibini həhsdə saxladı
Qandal - Həbs

Yerevan məhkəməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov barəsində həbs qətimkan tədbirini dəyişməyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Xaçaturovun vəkili Miqran Poqosyan tərəfindən məhkəməyə vəsatət təqdim edilib. Lakin onun vəsatəti təmin olunmayıb, generalın həbsdə qalmasına qərar verilib.

İclasdan sonra vəkil jurnalistlərə bildirib ki, məhkəmənin hərəkətləri dövlətə və hüquqa qarşı istehzadır.

Qeyd edək ki, general Yuri Xaçaturov 2008-ci il 1 mart hadisələrində günahkar bilinir. Eyni işə görə Ermənistanın ikinci prezidenti Robert Koçaryan, keçmiş baş nazirin müavini Armen Qevorkyan və sabiq müdafiə naziri Seyran Ohanyan da təqsirli hesab olunurlar. Onlar 1-2 mart 2008-ci il hadisələri zamanı konstitusiya quruluşunu devirməkdə günahlandırılırlar.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
Son xəbərlər
Bütün xəbərlər »