Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanlılar bizim kəndi də götürəcəklər" - Fotolar
Azərbaycan mövqeləri, Xinzirək kəndindən görüntü

Kiçik Xinzirək kəndi Zəngəzur vilayətinin  Gorus şəhərindən cənub-şərqdə, Azərbaycan-Ermənistan sərhədində yerləşir.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatında Azərbaycanın hələlik düşmən nəzarətində olan Xinzirək (qarşı tərəf "Nerkin Xndzoresk" adlandırır - red.) kəndindən reportaj hazırlayıb.

Fotodan görünür ki, Azərbaycanın mövqeləri hazırda kəndin məskunlaşmış hissəsindən təxminən 100 metrlik məsafədə qurulub. Yerli sakinlər deyiblər ki, sərhəd kimi nəzərdə tutulan dərədən birbaşa gedilsə, Azərbaycan mövqeləri cəmi 100 metrlik məsafədədir, avtomobillərin hərəkəti də aydın görünür. Buna görə də kənd sakinlərinin necə deyərlər, yuxusu ərşə çəkilib.

Yerli sakinlər bildiriblər ki, Azərbaycan tərəfi sərhədin keçdiyi dərənin üstündə çadırlar qurublar, sonra evlər gətiriblər və həmin ərazidə quraşdırıblar. İndi kənd üç tərəfdən Azərbaycan mövqeləri ilə əhatə olunub.

Kənddə Ermənistan qüvvələri də var. Yerli sakinlər sözdə öz ordularına güvəndiklərini desələr də, reallıqda vəziyyət başqadır. Məsələn, "əsgərlərimizə güvənirik, təhlükəsizliklə bağlı qorxumuz yoxdur deyən" bir kənd sakini eyni zamanda "Azərbaycan qüvvələri öz mövqelərini hər dəfə 100 metr irəli çəksələr, axırda gəlib bizim kəndi də götürəcəklər". Bu iki açıqlamanı eyni adam verir və anlamaq olmur ki, bu sakin Ermənistan qüvvələrinə necə güvənir...

Azərbaycan mövqeləri Xinzirək kəndinin 100 metrliyində Azərbaycan mövqeləri Xinzirək kəndinin 100 metrliyində

Sakinlər deyiblər ki, onlar Azərbaycanın nəzarətində olan ərazinin indi haradan başladığını dəqiq bilmirlər, hətta kiçik təpələr üstündə də mübahisə gedir.

Bir kənd sakini həmçinin bildirib ki, kənd Ermənistanda qalsa da, orada yaşamaq praktik olaraq mümkün olmayacaq. "30-40 evi olan bu kənddə əkinçilik və maldarlıq yeganə məşğuliyyətdir. Nerkin Khndzoresk Sünikin (Zəngəzur - red.) qapısıdır. Qardaşım indi torpağı şumlayır, kartof əkmək istəyirik ... Və orada Azərbaycanın nəzarətinə keçən kənd ərazilərində çox yaxşı əkin sahələri var idi",- deyə kənd sakini əli ilə Azərbaycan mövqelərini göstərir.

Onun sözlərinə görə, demək olar ki, bütün otlaqlar dərənin o tərəfində, yəni Azərbaycanın nəzarətində qalıb: "İnsanlar heyvandarlıq üçün nə edəcəyini bilmir. İnək və qoyuna otlaq sahələri lazımdır. Bəziləri artıq heyvanlarını satışa çıxarıb. Sünikdə tək gəlir mənbəyi heyvandarlıqdır.

500 min dram (təxminən 1700 manat) olan inəklər indi 200 minə (təxminən 700 manat) satılır. Amma nə edə bilərik ki...",- deyə kənd sakini kəndin gələcəyinin olmadığını deyib.

Sakinlər deyiblər ki, vəziyyət dəyişməzsə, insanlar kəndi tərk etməyə başlayacaqlar - sadəcə, bir məşğuliyyət olmayacaq. Kəndlilər heç kimin onlara əhəmiyyət vermədiyini söyləyirlər: "Baş nazir Nerkin Xndzoresk adlı kəndin olduğunu bilmirdi. Xndzoreskə gələndə təəccübləndi. İndi yalnız millət vəkilləri gəlir, söz verirlər və gedirlər". Yeni qubernator da kənddə deyil və kəndlilər istehza ilə deyilər ki, bəlkə kəndlərin varlığından xəbərsizdir.

Bu arada Ermənistanın ombudsmanı Arman Tatoyan normal insan ağlının kəsə bilməyəcəyi açıqlamalar verib. O, Azərbaycana qaytarılmış ərazilərdə, Ermənistan sakinlərinin gözlə gördüyü yerlərdə Azərbaycan bayraqları və postların yığışdırılmasını tələb edib. Səbəb də o imiş ki, sakinlər narahat olurlar, təhlükə hiss edirlər. Öz sözlərimizlə desək, Azərbaycandan qorxurlar. Ombudsmanın anlaşılmaz məntiqinə görə, əgər onlar Azərbaycandan qorxurlarsa, onda gərək biz öz ərazilərimizdə öz bayrağımızı asmayaq.

Zəgəzurda magistral yoldan görüntü Zəgəzurda magistral yoldan görüntü

Xatırladaq ki, Azərbaycanın Ermənistanla sərhədlərinin dəqiqləşdirilməsi davam edir və düşmənin hiylə və qanla ələ keçirdiyi bütün ərazilər qarış-qarış geri alınır.

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
››› Əsəb xəstəsi olan qadın oğlunu öldürdü
Son xəbərlər
Bütün xəbərlər »