Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TBMM sədri: “ABŞ senatorları Ermənistanı qınamaq yerinə Azərbaycan və Türkiyəni tənqid edirlər”
Mustafa Şentop

Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu tərəfindən həll edilməli idi.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop 54 amerikalı senatorun Prezident Co Baydenə insan hüquqları məsələsində Türkiyəyə təzyiq etməsinə dair məktubuna münasibət bildirərkən deyib.

“ABŞ da Minsk Qrupunun həmsədrlərindən biridir. ABŞ beynəlxalq hüquqa görə bu problemi həll etmək istəyirdi. Bəs beynəlxalq hüquq nə deyir? BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsində təsbit olunub ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Dolayısı ilə beynəlxalq hüquqa görə Minsk Qrupu işğalçını o torpaqlardan çıxartmalı idi. ABŞ-ın da bu çərçivədə Azərbaycanın yanında olduğu qənaətinə gəlirik. Amma bu senatorlar nə deyirlər? Onlar Ermənistanı qınamaq yerinə Azərbaycanı və beynəlxalq hüquqa əsasən ona dəstək verən Türkiyəni tənqid edirlər”, - deyə TBMM sədri vurğulayıb.

M. Şentop qeyd edib ki, bu cür yanaşmalar ABŞ-Türkiyə əlaqələrinə zərər verir.(apa)

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
Son xəbərlər
Bütün xəbərlər »