Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xankəndi, Xocalı, Xocavənd məsələsi ciddi spekulyasiya mövzusuna çevrilir”
Xankəndi

Yanvarın 27-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Şuşa rayonuna xüsusi nümayəndə təyin edildi. Bu təsisatın Qarabağın Xankəndi, Xocalı, Xocavənd kimi digər şəhərlərində də yaradılması sualına cavab olaraq Xocalının deputatı Elman Məmmədov bildirib ki, yaxın gələcəkdə Xankəndi, Xocalı, Xocavənddə və işğaldan azad edilmiş digər ərazilərimizdə xüsusi nümayəndələr olacaq. Deputatın məhz Xankəndi, Xocalı və Xocavəndin adını çəkməsi cəmiyyətdə maraqla qarşılanıb. Bir neçə tanınmış dövlət məmurunun da bu barədə danışması Qarabağ zəfərimizin bağrında qanayan yara kimi qalmış Xankəndi, Xocalı, Xocavəndlə bağlı həyəcanlanma yaradıb. Lakin hələlik bu barədə dövlət tərəfdən ciddi addım atılmayıb.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, Xankəndi, Xocalı, Xocavənd məsələsi çox ciddi şəkildə spekulyasiya mövzusu olur, bu yolverilməzdir .

Mübariz Göyüşlü Mübariz Göyüşlü 

“Bu barədə yayılan xəbərləri mən də izlədim. Lakin bu xəbərlərin qeyri-rəsmi, ağızdan-ağıza deyil, rəsmi mənbədən yayılmasını istərdim. Hanısasa deputatın deməsi onun rəsmi olması demək deyil. Bu barədə sosial şəbəkələrdə paylaşım edən politoloq, hansısa rəsmi qurumun təmsilçiləri olan şəxslər də diqqətli olmalıdırlar. Çünki bu mövzu insanlar üçün son dərəcədə həssas bir mövzuya çevrilib. Rəsmi şəkildə gerçəkləşməyən, Prezidentin imzasıyla baş tutmayan bir məsələni gerçək kimi qələmə verib insanlarda dövlətin gücünə, imkanlarına, siyasətinə, təhlükəsizlik məsələlərinə xələl gətirmək olmaz. Bu hadisənin olacağına, bir gün Xankəndiyə, Xocalıya, Xocavəndə, bütövlükdə Qarabağımıza Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin ediləcəyinə inanıram. Çünki artıq Şuşa ilə bağlı bu addımın şahidi olduq. Biz Qarabğın azad olunacağına, Şuşaya və digər yerlərimizə bayrağımızın sancılacağına da inanırdıq. Lakin inamla yanaşı rəsmi məlumatın, qərarın olması da vacibdir. Necə ki, bayaq qeyd etdim, biz bunu Şuşayla bağlı oxuduq və gördük. Hesab edirəm ki, Xankəndi, Xocalı, Xocavənd məsələsi çox ciddi şəkildə spekulyasiya mövzusu olur. Radikal müxalifət və onun xaricdəki internet qəhrəmanları bu mövzunu siyasi alver predmetinə çevirərək, Qarabağda qazanılmış qələbəni şübhə altına almağa çalışırlar. Artıq Vətən müharibəsinin bitməsindən üç aylıq bir vaxt keçdi. Bu müddət ərzində üç tərəf arasında imzalanan bəyanatda göstərilən məsələlər reallaşdı. Yəni Ağdam, Kəlbəcər və Laçın qaytarıldı, Ağdamda Monitorinq Mərkəzi quruldu və türk hərbiçiləri də orada ruslarla birgə xidmətə başladı, kommunikasiyalar bərpa olunmaq üçün işlər görülür, Qarabağda olan erməni terrorçi silahlı birləşmələri ləğv edilir, ermənilərdə olan ağır silahlar çıxarılır və s. Mən bütün bunları çox müsbət bir məqam kimi qeyd edirəm. Bu kimi fəaliyyətlərin davamlı olacağına və nəhayətdə Xankəndiyə də Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin olunacağına inanıram. Əlbəttə Rusiyanın rəsmi şəxslərinin verdikləri bəyanatların bəzən adekvat olmaması, Azərbaycanın maraqlarına toxunması, Ermənistana dəstək anlamı daşıması, Ermənistandan Qarabağa gediş-gəlişlərin Azərbaycanın icazəsi olmadan reallaşdırılması və s. kimi məqamlar bizləri narahat edir. Ona görə də mən Azərbaycanın rəsmi qurumlarından tələb edirəm ki, bunlara son qoyulması üçün də qəti addımlar atsınlar. Lakin bütün bunlar Azərbaycanın qalib olması faktını dəyişdirmir”,- deyə Mübariz Göyüşlü bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »