Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə qadağan olunmuş yağ Azərbaycanda "endirim"lə satılır
Xaricdə qadağan olunmuş yağ Azərbaycanda "endirim"lə satılır

Marketlərdə kərə yağı adı altında palma yağının satıldığı ilə bağlı xəbərlər yayılandan sonra insanlar qida rasionuna zeytun yağını daxil etdi. Tibb sahəsində çalışan mütəxəssislər də zeytun və onun yağının insan orqanizimi üçün olduqca faydalı olduğunu bildirirlər.

Zeytun yağların qiymətləri bir-birindən çox fərqlənir. Bu da alıcıların seçim qabiliyyətini çətinləşdirir. Zeytun yağlarının keyfiyyətli olub-olmaması haqda isə çox alıcı məlumatsızdır. Keyfiyyətin yaxşı olmadığı, müxtəlif qatışıqlar əlavə edildiyi bildirilir. Bu isə istehlakçıların sağlamlığını təhlükə altında qoyur.

Avropanın əksər ölkələrdə zeytun yağının qadağan olunan, zeytunun qalıqlarından alınan “Pomace” növü bu yağı istehsal edən ölkələr ucuz qıymətə Azərbaycana satırlar. Bakıda yerləşən marketlər də zeytunun “Pomace” növünü “endirim”lə satışını təşkil edirlər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bizimyol.info-ya bildirib ki, zeytunun “Pomace” növü müxtəlif xəstəliklərə səbəb olur.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Zeytun yağının növləri var. Ən yaxşı zeytun yağı “Extravirgin”dir. Bu yağ rafinə olunmamış, soyuq sıxmadan əmələ gələn yağlardır. İlk sıxmadan əmələ gəlir. Zeytun yağının digər növü “Virgin” yağıdır. Zeytunun yağının sonuncu növü isə “Pomace”dir. Bu, sanki zeytun jımıxından əmələ gəlir. Yəni əla növ zeytun yağı alınandan sonra müəyyən temperaturda saxlanılan zeytunun jımıxından yenidən sıxılaraq əldə edilən məhsuldur. Bu proses zaman məhsulun əhəmiyyətli maddələr itir. “Pomace” zeytun yağına “Extravirgin” yağı əlavə edirlər ki, onun turşuluğunu aşağı salsınlar”,- deyə E.Hüseynov bildirib.

Ekspert qeyd edib ki, istehlakçıları diqqətli olmağa çağırıb: “Azərbaycan bazarında zeytun yağının sonuncu növü olan “Pomace” yağlarına rast gəlmək olur. Ona görə də istehlakçılar buna fikir versinlər.

Məndə olan məlumata görə, Azərbaycanda “Pomace” zeytun yağları istehsal olunmur. Amma xarici ölkələrdən bu yağlar ölkəyə gətirilir. Bu yağlardan mətbəxtdə ancaq qızartma yeməklərin hazırlanmasında istifadə etmək olar. Çünki yağ emal olunarkən bir dəfə temperatura məruz qalıb. Məsləhətdir ki, “Pomace” zeytun yağları salatların hazırlanmasında istifadə olunsun.

Azərbaycan zeytunu keyfiyyətli məhsuldur. Yaxşı olar ki istehsalçılar rafinə olunmamış və soyuq sıxmadan əmələ gələr zeytun yağlarına üstünlük versinlər.

Xaricdə qadağan olunmuş zeytun yağı Xaricdə qadağan olunmuş zeytun yağı

“Pomace” zeytun yağı jımıxdan hazırlandığı üçün müxtəlif xəstəliklər əmələ gətirə bilər. Ona görə də istehsalçılar mal alan zaman onun etiketinə baxsınlar. Lakin etiketdə yazılanların həqiqətə uyğun olmaması başqa məsələdir”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə informasiya sorğusu göndərilib.

Son xəbərlər
Bütün xəbərlər »