Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu məmurlarla Afrikada “banan” dövlətləri belə idarə oluna bilməz”
Milli Məclis

Bir müddət öncə karantin qaydalarını pozaraq Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi. 4 aya yaxın müddət keçməsinə baxmayaraq deputat DİN-i məhkəməyə verməyi qərara alıb.

Bu gün isə deputat Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətindən daşındığını bildirib. O bunu, Daxili İşlər Nazirliyi əməkdaşlarının həm göstərdikləri fədakarlıqlarla əlaqələndirib.

Siyavuş Novruzov Siyavuş Novruzov

Bundan əlavə ölkədə gündəm mövzusuna çevrilən məsələlərdən biri də Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini Abid Şərifovun nəvəsinin tikdiydiyi otellə bağlı açıqlaması olub. O, otellə bağlı açıqlama verən zaman oranı otel yox yataxana adlandırıb.

“Nəvəmin Şəkidə tikdiyi yerə otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir”,- deyə Abid Şərifov bildirib.

Bir dəfə də deputatlardan biri demişdi ki, Porşe nə vaxtdan bahalı maşın olub. Bunlar tamamilə səmimi fikirlərdir və bunlardan Azərbaycan məmurunun necə harınladığını təsəvvür etmək, dünyagörüşünü dəyərləndirmək mümkündür. Yəni, iki milyona saat alanlar üç mərtəbəli binanı daxma, yüzminlik "Porşe"ni isə "Zapı" kimi görür.

Bizimyol.info-ya açıqlaması zamanı Ağ partiyanın sədri Tural Abbaslı bildirib ki, istər uzun müddət Baş Nazirin müavini olmuş Abid Şərifovun bəyənatı, istətsə də Siyavuş Novruzovun gecikmiş, yersiz və siyasi baxımdan uğursuz addımı əslində indiyə qədərki məmur beyinlərinin hansı səviyyədə olduğunun bariz göstəricisidir.

Abid Şərifov Abid Şərifov

“Bu insanlar illərlə dövləti idarə ediblər, qanunverici orqanda olublar. Bizim dövlət hələ bu günə qədər varsa, bayrağımız dalğalanırsa, dövlət kimi varlığımızı sürdürürüksə bu özü bir möcüzədir. Bu məmurlarla Afrikada “banan” dövlətləri belə idarə oluna bilməz. Biz Allahın möcüzəsi ilə bu günə qədər gəlib çıxmışıq.

Hər bir məsələnin hüquqi və mənəvi tərəfi var. Hüquqi baxımdan tutaq ki, Siyavuş Novruzov haqlıdır. Deputatların toxunulmazlığı olduğu üçün onların tənbeh tədbirlərinə cəlb edilməsi mümkün deyil. Siyavuş Novruzov həmin ərəfədə susdu. Deməli onun özünə qarşı hüquqsuzluq olub və o buna göz yumub. 4 ay sonra isə yadına düşüb ki, mən millət vəkiliyəm və parlamentdə qərar qəbul olunub ki, karantin şərtləri MM-in üzvlərinə tədbiq olunmasın. 4 ay sonra ayılıb və dövlət orqanını məhkəməyə verib. Bu ya hüquqi savadsızlıqdan irəli gəlir, ya da hakimiyyət daxili intriqaların, çəkişmələrin yeni mərhələyə keçidinin göstəricisidir. Burada ikinci tərəfdə var. Bu mənəvi tərəfdir. Sən insanların əziyyət çəkdiyi, dolanışığı olmadığı, 24 saat evdən çıxa bilmədikləri karantin dönəmində, gedib öz kefin üçün dostunun nəvəsinin toyunda iştirak edirsən. Sən axı bu insanların təmsilçisisən. Bura mənəvi yük də yaranır axı. Siyavuş müəllim bu mənəvi yükü nə edəcək?

Tural Abbaslının bildirib ki, kiçik, önəmsiz, çox da şişirdilməli bir məsələ deyilsə, qoy Abid Şərifov öz şanına yaraşan hərəkət etsin və nəvəsinin tikdirdiyi yeri versin qazi ailələrinə.

“Siyavuş Novruzov da, Abid Şərifov da ayıbına kor olub oturmalıdırlar yerlərində. Abid Şərifov nəvəsinin tikdirdiyi oteli “kiçik yataxana” adlandırıb. Azərbaycan ordusunda yüzlərlə palkovniklər, polkovlik-leytenantlar, kapitanlar, mayorlar var ki, onun yataxana dediyi binanın 1 otağını qazana bilmirlər və hələ də kirayədə yaşayırlar. Ölkədə yüzlərlə gənc ailələr kirayədə yaşayır. Həmin o otel “balaca yataxana”dırsa, təklif edirəm ki, oranı hədiyyə etsin Şəki şəhər uşaq bağçası etsinlər və yaxud da Şəkidə yaşayan qazi ailələrinə verilsin. 5 hektar üzərində tikilən və tək “yataxana”dan ibarət olmayan katecləri, hovuzu, 2-3 restoranı olan obyekti hədiyyə etsin qazi ailələrinə. Kiçik, önəmsiz, çox da şişirdilməli bir məsələ deyilsə, qoy Abid Şərifov öz şanına yaraşan hərəkət etsin və nəvəsinin tikdirdiyi yeri versin qazi ailələrinə.

Tural Abbaslı Tural Abbaslı

Bular cəmiyyəti, dövləti, ən əsası isə onları zamanında o vəzifəyə gətirən iqtidarı gözdən salmaqdır. Bunun başqa adı yoxdur. Bu insanlarla biz bu günə necə gəlmişik bu özü bir möcüzədir”,- deyə bildirib

Leyla Mirzə

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »