Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir dəyişdi, rabitənin vəziyyəti dəyişmədi: Cavabsız qalan suallar
Internet

2016-cı ildə Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin qəbulu islahatlara rəsmi marağın ifadəsi kimi ortaya çıxdı. Telekommunikasiya sektorunda liberallaşdırma islahatıları ilə bağlı Yol Xəritəsində 2 əsas tədbir nəzərdə tutulmuşdu: beynəlxalq internet kanallarına qoşulan operatorların sayının artırılması və sektorda özəlləşdirmə. Sənəddə fəaliyyətin icrası üçün müəyyən olunan zamanın əhəmiyyətli hissəsi geridə qalsa da, bu istiqamətdə hər hansı real addım atılmadığı görünür.

Bizimyol.info Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin icrası ilə bağlı 24 sentyabr 2020-ci il tarixində əlaqələndirici qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə informasiya sorğusu göndərib.

Konstitusiyanın 50-ci maddəsinə, "KİV haqqında" Qanununun 8-ci maddəsinə, “İnformasiya əldə etmək haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən göndərilən informasiya sorğusuna 4 aydır cavab verilməyib.

Neqliyyat - rabite-yuksek-texnologiya

Nazirliyin cavabsız qoyduğu suallar aşağıdakılar idi:

1. Dövlətin yenidən ən böyük şirkətin nəzarət səhm paketini alaraq mobil rabitə bazarında əsas oyunçulardan birinə çevrilməsi hansı zərurətdən irəli gəldi? Yaxın dövrlərdə dövlətin həmin payı özəlləşdirməyə çıxarmaq planları varmı?

2. Mobil rabitə bazarında dövlət sektoru da iştirak etdiyi halda rəsmi statistika niyə bu bazarla bağlı bütün göstəriciləri özəl sektora aid edərək göstərir?

3. “Naxtel” mobil operatorunda dövlətin payı nə qədərdir? Əgər bu şirkət tamamilə dövlətə məxsusdursa və ya nəzrət səhm paketi dövlət sektoruna aiddirsə, nə üçün ictimai əhəmiyyətli qurum kimi maliyyə hesabtlarının ictimaiyyət üçün açıqlanmasını təmin etmir?

4. Sabit telefon şəbəkəsi və internet xidmətləri bazarında fəaliyyət göstərən dövlət müəssisələrinin (Aztelekom, Bakı Telefon Rabitəsi) mühüm maliyyə göstəriciləri və auditor rəyləri niyə açıqlanmır? Bu şirkətilərin fəaliyyətinin yekunlarına dair illk hesabatlarla hansısa açıq mənbədə tanışlıq mümkündürmü?

5. Sabit telefon şəbəkəsi və internet xidmətləri bazarında fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar (nizamnamə), bu şirkətlərin idarəetmə strukturu və vəzifəlli şəxsləri barədə məlumatlar niyə saytlarda yerləşdirilmir?

6. Sabit telefon şəbəkəsi və internet xidmətləri bazarında fəaliyyət göstərən dövlət müəssisələrinin son 5 ildə dövlət büdcəsinə ödədiyi vergi və digər icbari ödənişlərin məbləği, eləcə də bu şirkətlərin dövlətdən aldığı investisiya təyinatlı vəsaitlərin məbləği nə qədər olub?

7. Sabit telefon şəbəkəsi və internet xidmətləri bazarında fəaliyyət göstərən dövlət müəssisələrinin hazırkı idaretməsi nə dərəcədə korporativ idarəetmə standartlarına uyğundur, bu uyğunluğu konkret hüquqi müddəa və müqayisələr əsasında ortaya çıxarmaq mümkündürmü? Əgər bu qurumlarda müşahidə şuraları və icra qurumları varsa, onlar arasında səlahiyyət bölgüsü necə tənzimlənir, həmin strukturlar necə formalaşır?

8. Sabit telefon şəbəkəsi və internet xidmətləri bazarında fəaliyyət göstərən dövlət müəssisələrinin təbii inhisar subyektlərinin siyahısından çıxırılması mümkündürmü?

9. Yol Xəritəsində nəzərdə tutulduğu kimi bir sıra rabitə şirkətlərinin (“Aztelekom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “AzİnTelecom” MMC) özəlləşdirilməsi hansı səbəblərdən ləngiyir? Xəritədə nəzərdə tutulan təqvimə uyğun olaraq 2017-2020-ci illərdə bu istiqamətdə hansısa real işlər görülübmü?

10. Yol Xəritəsində 2017-2020-ci illər ərzində müstəqil tənzimləyici orqanın fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar hazırlanması və təsdiqlənməsi nəzərdə tutulmuşdu. Bu sahədə hansısa sənədlər layihəsi hazırlanıbmı? Göstərilən dövrdə müvafiq sənədlərin hazırlanıb təsdiqlənməsi baş tutmadı?

11. Yol Xəritəsinə görə, islahatlarla bağlı işçi qrup yaradılmalı idi. Hansı səbəbdən İşçi Qrup yaradılmadı?

12. Yol Xəritəsinə görə, 2017-2020-ci illər ərzində beynəlxalq internet kanallarına qoşulan operatorların sayının 2-dən 3-ə artırılması baş verməli idi, amma hələ də baş verməyib. Bu proses nə üçün ləngiyir, ötən dövrdə həmin istiqamətdə hansısa tədbirlər və hazırlıq işləri görülübmü?

13. Karantin rejimi ilə əlaqədar olaraq tədris prosesi onlayn qaydada keçirilir. Şagirdlərin və müəllimlərin davamiyyətinin və distant təhsilin səmərəliliyinin artırılması üçün internetin qiymətində dəyişiklik nəzərdə tutulurmu?

Bu il yanvar 25-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vəzifəsindən azad edildi, Rəşad Nəbiyev onun yerinə təyin edildi. Nazir dəyişdi, rabitənin, internetin vəziyyəti dəyişmədi.

Paylaş »
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Vaksin varsa, sərt karantin niyə var?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Son xəbərlər
Bütün xəbərlər »