Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanla hər cür anlaşmaya dəstək verəcəyik...”
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Türkiyə ilə Azərbaycan arasında prezident Rəcəb Tayyib Ərdoğanın ötən ilin dekabrında Bakıya səfəri zamanı imzalanan ikitərəfli sənədlər ratifikasiya olunmaq üçün Böyük Millət Məclisinə təqdim olunub. Bura iki ölkə arasında enerji və mədən sənayesi sahəsində birgə əməkdaşlıq və müdafiə sənayesi sahəsində əməkdaşlıq barədə anlaşmalar daxildir.

Bu sənədlərin ratifikasiyaya təqdim olunması ilə bağlı danışan MHP Kahramanmaraş millət vəkili, professor Sefer Aycan deyib ki, onun partiyası Azərbaycanla Türkiyə arasında “istənilən anlaşmanı” dəstəkləyəcək. “MHP olaraq Azərbaycan hökuməti ilə əldə olunan hər cür anlaşmaya birmənalı olaraq dəstək verəcəyik”,-o bildirib.

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair anlaşmanın ratifikasiya olunmasına dair qanun layihəsini parlamentə MHP təqdim edib və millət vəkili Aycan təqdimat çıxışında belə deyib. Bu anlaşmalardan qürur və məmnunluq duyduqlarını vurğulayıb.

“Azərbaycanla Türkiyə cümhuriyyətləri insanları arasında yaradılmaq istəyən əngəllərə, bütün çətinliklərə, təzyiqlərə baxmayaraq bu gün bu nöqtəyə gəlinmiş olmasından qürur duyuruq. Müdafiə sənayesi sahəsində əldə edilmiş bu anlaşmalardan da ayrıca qürur duyuruq”,-o bildirib.

Sefer Aycan deyib ki, iki ölkə arasında hərbi sahədə texnologiyaların və məlumatların paylaşılması çox mühümdür.

“Bu gün Azərbaycanın 30 ilə yaxındır işğal altında qalmış torpaqlarının azad edilməsində Türkiyə Cümhuriyyəti ilə Azərbaycan hökuməti arasında işbirliyindən qürur duyuruq. Bu münasibətlə cümhurbaşqanımıza, Azərbaycan cümhurbaşqanına təşəkkür edirəm”,-MHP millət vəkili deyib.(virtualaz.org)

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »