Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan 10 min fərari ilə nə edəcəyini bilmir
Erməni batalyonu

Ermənistanda 10 min hərbi fərarinin əməlinə hüquqi qiymət verilməsi, daha doğrusu verilə bilməməsi heyrət yaradıb. Ermənistan hüququ mühafizə orqanları ciddi problemlə qarşılaşıblar.

Bizimyol info “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, döyüş mövqelərini icazəsiz tərk etmiş 10000 fərarinin əməlinə hüquqi qiymət verilməsində çətinlik yaranıb.

İfadə verməyə çağrılmış şəxslər bildiriblər ki, göydən od töklülüb, yoldaşlarımızın gözümüzün önündə külə dönərkən biz nə etməliydik? Qaçmaqdan başqa çarə yox idi.

“Biz xilas olmaq üçün qaçdıq. Nə etməli idik? Göz görə - görə ölümə getməliydikmi?”

Bu ifadələri eşidən müstəntiqlər nə edəcəklərini bilmir, problemə hansı hüquqi qiymət verilməsində çətinlik çəkirlər. Qəzet bildirib ki, 10000 fərarinin məsələsi hazırda sual altında qalıb.

“Dünən baş nazir Nikol Paşinyan Parlamentdə 44 günlük müharibə zamanı Ermənistan tərəfinin 10 min nəfər hərbi fərari qeydə aldığını rəsmən özü də təsdiq edib”,- deyə məlumatda qeyd olunur.

İlhamə

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »