Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR Ukraynaya idxal etdiyi aviasiya kerosinin həcmləri açıqlandı
SOCAR

2021-ci ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Ukraine” şirkəti bu ölkəyə 0,7 min ton aviasiya kerosini idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupun hesabatında deyilir.

Məlumata görə, ölkəyə idxal edilən aviakerosinin 0,5 min tonu Litvadan tədarük edilib. Həmçinin, ötən ay SOCAR Belarusdan Ukraynaya 0,2 min ton bu növ yanacaq gətirib.

Bu ilin yanvar ayında Ukrayna aviasiya kerosinin idxalı 2020-ci ilin eyni ayı ilə müqayisədə 43 % azalaraq 6,9 min ton təşkil edib. 2020-ci ilin yanvar ayında bu həcmlər 12,2 min ton təşkil edib.

Belə ki, ötən ay Ukraynaya tədarük edilən aviasiya kerosinin 3,5 min tonu dəniz yolu ilə İtaliyadan gətirilib. Bütün bu həcmləri “Treyd Kommoditi” şirkəti tədarük edib.

Ötəb ay Litvadan ümumilikdə 3,2 min ton məhsul idxal edilib ki, bu da 2020-ci ilin ilk ayının göstəriciləri ilə müqayisədə 57 % azdır.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »