Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Qarabağda qar əriməmiş antiterror əməliyyatına başlayacaq”
Azərbaycan ordusu Kəlbəcərdə

Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Qarsdadırlar. Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimlər fevralın 1-dən 12-nə qədər davam edəcək.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli hesab edir ki, bu təlimlər əslində çox böyük əməliyyatların keçiriləcəyinin müjdəçisi ola bilər. Onun sözlərinə görə, dağlarda, şiddətli qar yağışları şəraitində keçirilən bu təlimlər ondan xəbər verir ki, Qarabağda qar əriməmiş oradakı qruplaşmalara qarşı birgə əməliyyatlar keçiriləcək.

Əziz Əlibəyli Əziz Əlibəyli, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri

“Əslində elit dağ komandalarının təlimə cəlb olunması bir çox məsələlərdən xəbər verir. Birincisi əsas məhz xüsusi təyinatlı qüvvələr təlimlərə cəlb olunub. Onların hazırlıq səviyyəsi həm təczhizat, həm psixoloji, həm də fiziki baxımından digər qoşun növlərindən qat- qat üstün olur.

İkincisi, nüans təlimlər üçün məhz sərt iqlimə malik Qarsın seçilməsidir. Dağlıq şəraitdə, təxminən bir metr yüksəklikdə qar şəraitində təlimlər aparılır. Bu təlimlərin indiki dönəmə təsadüf etməsi onunla bağlıdır ki, Qarsın təbiəti, iqlimi Qarabağa bənzərdir, sərt iqlim və relyef mövcuddur.

Üstəlik, 10 noyabr razılaşmasının müəyyən hissəsinə əməl olunmayıb. Qarabağda müəyyən sayda Ermənistan qüvvələri hələ də qalır. Qarsda təlimlərin keçirilməsi nədən xəbər verir? Azərbaycan tərəfi çox gecikmədən, hətta Qarabağda qar ərimədən onlara qarşı əməliyyatlara başlayacaq. Artıq günlərlə davam edən Qars təlimləri məhz buna görə xüsusi əhəmiyyət kəsb edir”,- deyə Əziz Əlibəyli bildirib.

“1-12 fevral tarixlərində Qars şəhərində Azərbaycanla “Qış təlimi-2021” birgə hərbi təlimləri keçirəcəyik. Azərbaycanlı hərbçilər artıq Qars şəhərinə gəliblər. "Bir millət, iki dövlət" anlayışımızla "bir ürək, bir bilək, bir yumruq" olaraq fəaliyyətimizə davam edəcəyik. Təlimlərin keçirilməsində məqsəd birgə əməliyyatların aparılması zamanı əməkdaşlıq və əlaqələndirmənin təmin edilməsi, güclü qar və şaxtada atış daxil olmaqla qoşunların döyüş qabiliyyətinin yoxlanılması, qış şəraitində hazırlıq səviyyəsinin artırılması, çöl şəraitində ərazidə yerləşmə, təchizat və texniki xidmət, habelə komandanlıq sistemlərinin işinin təmin edilməsidir” - deyə Türkiyə Müdafiə Nazirliyinin xəbərində qeyd olunur.

Təlimlərə tank bölükləri, artilleriya batareyaları, snayper komandaları, xüsusi təyinatlılar komandanlığının şəxsi heyəti, xüsusi təyinatlılar və helikopterlər cəlb olunub.

İlhamə Rəsulova

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »