Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ədalət naminə üç şeir
Kölə - qul əməyi

Haqq və ədalət carçısı, 1935 və 1947-ci illərdə, iki dəfə Sovet məhbəslərinə salınmış, tanınmış və sevilən rus şairi və ictimai xadimi Nina İvanovna Qaqen-Tornun ömrünün ən ümidsiz çağlarında, Sibirdə sürgündə olarkən, yazdığı poemadan insanlara sonsuz ümidlər bəxş edən parçanı təqdim edirəm:

Sən insansan! Yaşayacaqsan

Əsirlərdə, aləmlərdə

Axar suların səsində,

Vərəqlərin yaddaşında,

Hərəkətdə, təkamüldə,

Sən əbədi olacaqsan!

Sən əbədi qalacaqsan!

Qagen-Toron yazırdı ki, mən heç zaman qışda qışdan, yayda yaydan, yazmamışam. Yəni, düşünən insan həmişə çatmayan varlıqlardan daha yaxşı və daha düz yazır. Biz, doğma Azərbaycanımızın qayğısını çəkərək, hər bir vətəndaşımızın özünə gendən baxmasını, dünya standartları ilə davranmasını istəyirik. Müsbət bir yaranış və ya davranış qəlbimizi dağa döndərir. Sovet dönəmini bəyənmirdik, indi həsədlə yad edirik. Ömrümüz boyu müstəqil olmağımızı arzulamışıq. Lakin, müstəqilliyi hər birimiz öz istəyimizə uyğun başa düşürük. Bir adam 10 adamın payını yeyirsə, mütləq 9-u ac qalmlıdır.

Dünyanın bütün dönəmlərində alimlər, filosoflar, və din xadimləri həmişə ağıla üstünlük veriblər. Qüsurların hamısı ağılsızlıqdan törəyir. Mən dəfələrlə yazmışam, təkrar-təkrar yazmağa utanıram. Heç kəsi təhqir etmək fikrim yoxdur, sadəcə ürəyim yanır. Özünə kənardan baxa bilməyən bəziləri görülən çox böyük işləri heçə endirirlər. İctimai mənfəətlə ağıl arasında düz mütənasiblik mövcuddur. Şəxsi mənfəəti ictimai mənfəətdən üstün bilənləri dövlət işinə, vəzifəyə qoymaq olmaz. İndi ətrafımızda baş verənləri görməyə eynək lazım deyil. Vaxt itirmədən tezliklə kəndimizə (özümüzə) qayıtmalıyıq. Atalar yaxşı deyiblər: özgə süfrəsinin pişiyi olmaqdan, öz süfrəsinin pələngi olmaq yaxşıdır.

Keçən ilin mart ayından Koronavirusla əlaqədar faktiki olaraq biz də məhbəs həyatı yaşayırıq. Yəqin ki, nə qədər olmasa, düşüncə tərzimiz dəyişib. Əgər elədirsə, keçin təqsirimdən, mən yazmaya bilmirəm.

ALLAHIN MÖCÜZƏSİ

Allahın ən istəkli möcüzəsi ağıldır,

Yerdə qalan nə varsa tükənməyən nağıldır.

Nağıldır min illərdən qalan həşir-qiyamət,

Nağıldır nadanlara söylənilən məzəmmət.

* * * *

Kinli, küt qəddarları sözlə qandırmaq olmaz,

Mənəm-mənəm deyəni səylə sındırmaq olmaz.

Ağıldır haqqa dayaq, usanmayan kəramət,

Ağılı nizamlayır insanlığa məhəbbət.

* * * *

Fikri yönəltməyə də, sözü göyərtməyə də,

Haqsıza dayaq olan tərsi döndərməyə də

İdrakı itiləyən ağıl-zəka gərəkdir,

Təfəkkürü nur saçan kamil insan gərəkdir.

25.12.2020

KƏNDİMƏ ÇƏKİLMİŞƏM

Duyuram, vaxtım çatıb,

Gördüyümü görmüşəm.

Yoldaşın, yolsuzluğun,

Dostun, dələduzluğun,

Övladların səyliyin,

Qohumların bəyliyin

Görmüşəm, görməyəydim.

Bilmişəm, bilməyəydim.

Sirr vermişəm dostuma,

Onun da dostu varmış.

Sirrim düşdü dillərə,

Ziyan dəydi mətləbə.

Hər şeyi bilmək olmur,

Hər şeyi görmək olmur.

Yaxşılıq eləyirsən,

Qədrini bilən olmur.

Odur ki, yorulmuşam,

Bu dünyadan doymuşam.

Doymuşam ədalətsiz

Baş verən olaylardan,

Doymuşam yalanlardan,

Qayğısız insanlardan,

Mənasız məqamlardan.

Maskadan da doymuşam,

Covid-dən də doymuşam.

Polislərdən qorxuram,

Apteklərdən küsmüşəm,

Həkimlərdən bezmişəm.

Dünyayla vidalaşıb

Kəndimə çəkilmişəm.

02.02.2021

MAYAKOVSKİYƏ DƏ RƏHMƏT DÜŞÜR

Mən qurd kimi gəmirərdim

mətləbsiz pulgirləri,

İşbazlara züy tutan

millət vəkillərini.

Pula sitayiş edən

kim varsa düşmənimdir.

Pul yığan, qızıl kəsən

quldurdur, goreşəndir.

Söykənib bir-birinə

girişib millətinə.

Nəyi var sümürürlər,

yeyirlər, üyüdürlər.

“Bəsdir!”- deyən tapılmır,

tutan kəsir, qoparır.

Milləti talan edən

ədalətdən danışır.

İmkan yaranan kimi

bahalıq törədirlər,

Uşaq, qoca bilmirlər,

hamısın sinsidirlər.

Dünya dövlətlərinin

qayəsi əl tutmaqdır.

Vətəndaşın qayğısın

çəkib, dolandırmaqdır.

Bizimkilər pul yığır

kilolarla, tonlarla,

Qızılı aparırlar

tirlərlə, vaqonlarla.

Biz millətlər içində

vurulduq yerdən-yerə.

Hörmətdən düşdük tamam

qoşulub cibgirlərə.

Qoy gətirib qoysunlar

yerinə sandıqları.

Yoxsa didib tökəcəm

oğru qurumsaqları.

04.02.2021

Nemət Məmmədli Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Son xəbərlər
Bütün xəbərlər »