Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST “AstraZeneca” peyvəndinin tətbiqini tövsiyə edib
ÜST “AstraZeneca” peyvəndinin tətbiqini tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ekspertlər Şurası “AstraZeneca“ şirkətinin koronavirus əleyhinə peyvəndinin tətbiqini tövsiyə edib.

Şuranın sədri Alexandro Kravioto peyvəndlə bağlı mətbuatda gedən məlumatlara da aydınlıq gətirib. O bildirib ki, COVID-19 xəstəliyini yüngül keçirilməsi bu şirkətin istehsal etdiyi peyvəndin təsir gücünə dəlalət etmir və müəyyən edilib ki, peyvənd maddəsi xəstəliyin ağır formalarına qarşı da effektiv təsir gücünə malikdir. 26 ekspert və alimi öz ətrafında birləşdirən Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurasının (SAGE) bu tövsiyəsinə ÜST də qoşulub. Şura bütün peyvənd maddələrinə dair elmi-təcrübi tədqiqat, kliniki test və statistik göstəriciləri yoxlayaraq, onların tətbiq edilib-edilməməsi və ya necə tətbiqi barədə tövsiyələr verir.

ÜST-ün peyvəndlər üzrə mütəxəssisi Keyt O´Brayn isə bildirib ki, nisbətən yüngül keçən xəstəlik gedişatında peyvəndin təsir gücünün daha ağır keçən gedişatlarla müqayisədə aydın hiss edilməməsi bütün peyvənd maddələrinə xas xüsusiyyətdir.

Qeyd edilməlidir ki, bu şura “BioNTech/Pfizer“ və “Moderna“ peyvəndləri üçün də oxşar tövsiyələrlə çıxış etmişdi. Bu tövsiyələr əsasında da ÜST həmin peyvəndlərə təcili istifadə üçün icazə vermişdi. Bu icazə ölkələr üçün hansısa bir xüsusi əhəmiyyət daşımasa da, BMT təsisatlarının həmin peyvəndi alış və tətbiqi üçün əsas şərt sayılır.(azərtac)

Son xəbərlər
Bütün xəbərlər »