Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Birinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan iki müxtəlif yolla getdilər..."
Daniil Rubinoviç

Prezident İlham Əliyev Azərbaycan xalqının 1994-cü il atəşkəsindən sonra Qarabağı geri qaytarmaq arzusunu reallaşdırdı. Beləliklə, hazırkı Prezident atasının vəsiyyətini yerinə yetirdi və siyasi hakimiyyətini də möhkəmləndirdi.

Bunu rusiyalı jurnalist və politoloq Daniil Rubinoviç müsahibəsində deyib.

"Birinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan iki müxtəlif yolla getdilər. Əgər Ermənistan daxili siyasi çəkişmələrə batdısa, iqtisadiyyatı, bank sistemini və ordunu dağıtdısa, bu da əhalinin kütləvi mühacirətinə səbəb oldusa, Azərbaycan ilk növbədə Heydər Əliyevin, daha sonra isə indiki Prezident İlham Əliyevin sakit və inamlı daxili siyasəti sayəsində öz iqtisadi və hərbi potensialını xeyli artırdı", - deyə ekspert bildirib.

Onun fikrincə, iki ölkənin inkişafındakı fərqi, Azərbaycanın Qarabağdakı ərazilərinin bir hissəsini geri qaytarmağı bacardığı dördgünlük 2016-cı il aprel döyüşləri göstərdi. Ancaq bu bir güc sınağı idi.

"İkinci Qarabağ müharibəsi erməni ordusunu fəlakətə gətirib çıxardı. Azərbaycan Ordusu tam üstünlüyə malik idi. Texniki üstünlüyü və parlaq taktiki işi də qeyd etmək lazımdır ki, Azərbaycan hazırlanan təxribatlardan xəbər tutanda, ölkənin dərinliklərindən hissələrin bir qisminin yerini gizli surətdə dəyişdi.

Qarabağ müharibəsi hipotetik olaraq davam edərdisə, geri çəkilən ermənilər onun potensial münaqişə zonasından kənara çıxarılması ilə terror-təxribat müharibəsinə keçə bilərdilər, erməni terrorizmi isə böyük tarixə malikdir", - deyə D. Rubinoviç qeyd edib.

Jurnalist qeyd edib ki, əgər barışıq pozulsaydı, Azərbaycan yenə də qələbə qazanardı. "Çünki onun demoqrafik, iqtisadi və sırf hərbi potensialı Ermənistanınkından qat-qat çoxdur. Lakin qələbə yalnız cəbhədə deyil, həm də arxada, ermənilərin Azərbaycanın dinc şəhərlərinə raket zərbələri də nəzərə alınmaqla, daha çox qan bahasına başa gələrdi. Ermənilər müharibənin uzandığı halda, 2020-ci ilin noyabr ayının ortalarına nisbətən mübahisəli ərazilərin infrastrukturunu qəsdən dağıtmış olardı. Atəşkəs şərtlərinə görə isə Azərbaycan öz torpaqlarının xeyli hissəsini müharibə və yeni itkilər vermədən geri qaytardı və Ermənistan ərazisindən keçməklə Naxçıvan eksklavına nəqliyyat dəhlizi aldı", - deyə politoloq vurğulayıb.

Atəşkəs haqqında üçtərəfli sazişin imzalanmasında Rusiyanın vasitəçilik rolundan danışan ekspert bildirib ki, Moskva erməni lobbisinin Qarabağ müharibəsindən Ermənistanla hərbi müqavilələrin tətbiqi üçün bəhanə kimi istifadə etmək cəhdlərinin qarşısını alıb.

"1960 sülhməramlının 10 milyondan artıq əhalisi olan Azərbaycanın suverenliyini poza biləcəyini düşünmək böyük şişirtmə olardı. Amma əgər onlar ora daxil olmasaydılar, erməni partizanları Azərbaycana əlavə problemlər yaradardılar. Rus sülhməramlıları atəşkəs şərtlərini qorumaqda, müharibəni davam etdirmək istəyən erməni qruplarını tərksilah etməkdə ardıcıllıq nümayiş etdirdilər”, - deyə politoloq fikrini yekunlaşdırıb.(azərtac)

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »