Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin səhiyyə naziri: “Mutasiyalı viruslar Türkiyədə 30-dan çox şəhərə yayılsa da, böyük təhlükə yaradacaq həddə deyil”
Fahrettin Koca

“Türkiyənin 30-dan çox şəhərində COVID-19 virusunun mutasiyaya uğramış variantına rast gəlinir”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, hazırda Türkiyədə mutasiyaya uğramış COVID-19 virusu artmaqdadır: “Ölkəmizdə COVID-19-un mutasiyaya uğramış 263 Britaniya, 23 Cənubi Afrika, 106 mənşəyi məlum olmayan varinatı var. Amma virus mutasiyaya uğrasa da, mübarizə tədbirlərimiz eynidir və mutasiyalı virus Türkiyə üçün böyük təhlükə yaradacaq həddə deyil”.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »