Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda tikiləcək külək stansiyasının istehsal həcmi açıqlanıb
Energetika Nazirliyi

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti nin Azərbaycanda tikəcək 240 MVt-lıq külək elektrik stansiyası ildə təxminən 1 mlrd. kVt·saat elektrik enerjisi istehsal edəcək.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisdə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və İnnovativ Qarabağ” mövzusunda keçirilən konfrans zamanı deyib.

Onun sözlərinə görə, Ötən ilin sonunda Energetika Nazirliyi və ”Azərenerji” Səhmdar Cəmiyyəti ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 240 MVt-lıq külək elektrik stansiyasının tikintisi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

S.Vəliyev onuda vuröğulayıb ki, ümumi dəyəri təqribən 300 milyon ABŞ olacaq xarici sərmayə əsaslı bu layihənin həyata keçirilməsi nəticəsində tikiləcək külək elektrik stansiyası ildə, təxminən 1 mlrd. kVt·saat elektrik enerjisi istehsal edəcək, hər il 220 milyon kub metr qaza qənaət olunmasını təmin edəcək, atmosferə 400 min tondan artıq karbon emissiyasının atılmasının qarşısını alacaq.

Bununla yanaşı, 230 MVt-lıq günəş elektrik stansiyası layihəsi üzrə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə danışıqların da tezliklə yekunlaşdırılması planlaşdırılır.

Nazir müavinin sözlərinə görə, ölkədə 2030-cu ildək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması ilə bağlı Prezidentin İlham Əliyevin tapşırığının icrası istiqamətində tədbirlər həyata keçirilməkdədir. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında", habelə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələri hazırlanmış, müvafiq qurumlarla razılaşdırılmış və baxılmaq üçün aidiyyəti üzrə təqdim edilib.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »