Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baxımsız vəziyyətdə olan tarixi abidələrlə bağlı açıqlama
Dini adidələr - Kilsə -Məscid

Zaqatalada yerləşən tarixi abidələr dağılmış vəziyyətdədir. IV-V əsrə aid Alban məbədi və XIX əsrə aid Zaqatala qalası baxımsız vəziyyətdədir.

Məsələ ilə bağlı Bizimyol.info-nun sorğusuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişadı və Bərpası üzrə Dövlət Xidmətindən cavab verilib.

“Zaqatala Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində Zaqatala Dövlət Rəsm Qalereyası, Mədəniyyət evi və digər mədəniyyət müəssisələri fəaliyyət göstərir. Qoruğun 11 hektarlıq ərazisində 25 tarix-memarlıq abidəsi mövcuddur. Həmin abidələrin təmizliyinə, qorunmasına həssaslıqla yanaşılır və daim diqqətdə saxlanılır”,-deyə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda qoruq ərazisində heç bir tikinti işi aparılmır. Bununla bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.

“Dövlət qeydiyyatına götürülmüş hər hansı tarix-mədəniyyət abidəsində təmir, bərpa və konservasiya işlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarının tələbləri əsasında təşkil olunur”,-deyə Dövlət Xidmətindən bildirilib.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
Son xəbərlər
Bütün xəbərlər »