Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaradağ rayonunda polisə müqavimət göstərərək hadisə yerindən qaçan şəxs saxlanılıb
Həbs

Qaradağ rayonu ərazisindəki Lökbatan-Qobu yolunda naməlum şəxs Abşeron rayon sakini olan bir nəfərin 477 manat pulunu soyğunçuluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs, Cəbrayıl rayon sakini Nurlan Quliyev polis əməkdaşları tərəfindən saxlanılan zaman o, tabesizlik göstərərək idarə etdiyi “Vaz 2114” markalı avtomobillə oradan qaçıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda Nurlan Quliyev idarə etdiyi avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisəni narkotik vasitələrin təsiri altında törətdiyini, ictimai asayişi pozduğuna və yaşadığı ünvanda digər şəxslərə narahatçılıq yaratdığına görə peşman olduğunu bildirib.

Qeyd edilən faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində Nurlan Quliyev barəsində araşdırmalar davam etdirilir.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »