Milli Məclisdə azad edilmiş ərazilərdə ekoloji vəziyyətlə bağlı iclas keçirilib.
Bizimyol.info xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdəki ekoloji vəziyyət, həmin ərazilərin inkişafı və görüləcək işlər müzakirə edilib.
İclas parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə baş tutub.