Türkiyə Milli Müdafiə Nazirliyi Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərdən yeni görüntülər yayımlayıb. Təlimlərin növbəti mərhələsində tanklar və toplar ilə tapşırıqlar icra olunub.
Bizimyol.info xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər fevral ayının 12-dək keçiriləcək.
Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir.