Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik vasitələrin satışı ilə məşğul şəxs saxlanılıb
Həbs

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış təədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini İlqar Kərimov Sulutəpə qəsəbəsi ərazisində saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onun əlində olan bağlamaya baxış zanmanı ümumi çəkisi 1 kiloqram olan narkotik vasitə heroin və 70 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, İlqar Kərimov narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşından əldə edib. O, həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.

Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, İlqar Kərimov tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »