Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerika generalları Qarabağ müharibəsindən sonra niyə təşvişə düşüb...
Pentaqon, ABŞ Müdafiə Nazirliyi

ABŞ Müdafiə Nazirliyinin mütəxəssisləri Azərbaycan ordusunun Qarabağda beşinci nəsil müharibə təcrübəsini ortaya qoyaraq o cümlədən dronlardan kütləvi istifadə etməklə qazandığı inamlı qələbədən sonra ənənəvi qoşun növlərinin silahlanma konsepsiyasını dəyişmək üzərində düşünürlər.

Virtualaz.org xəbər verir ki, Pentaqon təcili qaydada hərbi sənaye şirkətlərinin liderlərinin iştirakı ilə toplantı keçirərək dronlara qarşı yeni mübarizə vasitələrinin işlənib hazırlanmasını müzakirə edəcək. Bu haqda “The Washington Times” qəzetinin məqaləsində deyilir.

Qəzetin yazdığına görə ABŞ ordusu istəyir ki, dronlara qarşı mübarizə vasitəsi döyüş meydanında hətta adi sıravi əsgərin də arsenalında olsun. Pentaqon hərbi planlaşdırıcıları “pilotsuz aviasiya sistemləri” adlandırdıqları və əsrlər boyu mövcud olan müharibə nəzəriyyələrini sürətlə dəyişdirən dronların döyüş meydanında bölmələrə zərər vurmadan həmin vasitələrin köməyi ilə necə sıradan çıxarılmalı olduğunu təyinatından asılı olmayaraq hər bir əsgərin bacarmalı olduğunu deyirlər. Bu haqda ötən həftə Pentaqonun dronlarla mübarizə şöbəsinin rəhbəri, general-mayor Şon Geyni jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

General deyib ki, istər silahlı, istər silahsız dronlar “sürətlə yayılan, bahalı olmayan və yüksək effektivlikli hərbi aktivlərə” çevrilir , rəqibin mövqelərində kəşfiyyat aparmaq və ya ABŞ hərbi personalına ölümcül hücumlar həyata keçirmək imkanındadır. Bu səbəbdən ABŞ ordusunda kiçik pilotsuz uçan aparatlara qarşı mübarizə aparmaq, artmaqda olan təhdidə qarşı strategiya işləyib hazırlamaq üçün birgə bölmə yaradılıb.

Bir çox hərbi mütəxəssislər kiçik və nisbətən ucuz pilotsuz aparatların təsirini Əfqanıstanda və ya İraqda minlərlə hərbçinin, mülki şəxslərin ölümünə, şikəst qalmasına səbəb olan əldəqayırma partlayıcı maddələrlə müqayisə edir. ABŞ dəniz piyadalarının generalı, Mərkəz komandanlığının rəhbəri qismində Yaxın Şərqdə hərbi əməliyyatlar teatrını kurasiya edən Kennet MakKenzi brifinqdə deyib ki, dronların meydana çıxması da döyüş meydanını analoji olaraq dəyişdirir.

“Bu pilotsuz sistemlərdən qaynaqlanan və artmaqda olan təhdid bizim əlimizdə onlara qarşı etibarlı mübarizə vasitələrinin mövcud olmadığı bir vaxtda müşahidə olunur”,-general deyib.

Onun sözlərinə görə, daha kiçik və ucuz pilotsuz aparatlar asanlıqla modifikasiya oluna və silah qismində istifadə oluna bilər, onların yayılması da asandır. Bu aparatlar rəqibə imkan yaradır ki, ABŞ -ın və onun müttəfiqlərinin hərbi obyektləri üzərində kəşfiyyat aparsın, onları izləsin. Əldə edilmiş görüntüləri rəqibə ötürsün.

Qəzet qeyd edir ki, ABŞ artıq dünyada hərbi dronlar texnologiyası sahəsində inhisara malik deyil. “Bütün dünyanın hərbi analitikləri Azərbaycanla Ermənistan arasında bir neçə ay əvvəl başa çatmış müharibəyə dair məlumatları diqqətlə təhlil etməkdədir. Azərbaycan ordusunun bu müharibədə inamlı qələbəsi əsasən İsrail və Türkiyə istehsalı olan pilotsuz aparatlardan istifadə ilə şərtləndirildi, onlar düşmən qoşunlarının və artilleriyasının mövqelərini dağıdıcı effektlə aşkara çıxardı”,-məqalədə deyilir.

Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi - Video

General Geyni bildirib ki, dronlara qarşı mübarizə strategiyası ancaq xarici döyüş meydanlarına köklənməli deyil. Çünki pilotsuz uçan aparatlar ABŞ-ın hərbi obyektləri yaxınlığında da görünürlər. “Onlar təhdid kimi qəbul oluna bilər, çünki siz əslində onlardan bəzilərinin hansı niyyətlə havaya qaldırıldığını bilmirsiniz. İstənilən müdaxiləni təhdid kimi qarşılamalısınız”,-o deyib.

Bildirilir ki, aprel ayından başlayaraq ABŞ ordusu hərbi sənaye şirkətlərinin liderlərini Arizonadakı Yuma hərbi poliqonunda qəbul edəcək. Şirkətlərə təklif olunacaq ki, dronlara qarşı mübarizə vasitələrini nümayiş etdirsinlər, bura iri qoşun bölmələrini dronlardan müdafiə edə bilən lazer və güclü mikrodalğa şüaları buraxan sistemlər daxildir.

Pentaqon hərbi planlaşdırıcıları etiraf edirlər ki, onların sərəncamında döyüş meydanında hamını müdafiə etməyə imkan verəcək qədər yaxın mənzilli Havadan Müdafiə Sistemləri mövcud deyil. Pentaqon rəsmiləri deyirlər ki, bu səbəbdən dronlara qarşı yerinə yetirdiyi vəzifədən asılı olmayaraq hər bir qoşun bölmələrinin mənimsəyə biləcəyi vasitələr və silah sistemləri işlənib hazırlanmalıdır.

“Aşbazdan tutmuş tibb personalının, piyadanın və ya tankçının , bir sözlə istənilən adamın idarə edə biləcəyi sistem olmalıdır”,-Pentaqonun kiçik pilotsuz aparatlara qarşı mübarizə üzrə birləşmiş ofisinin polkovniki Mark Pelini deyib.

General Geyni əlavə edib ki, onun ofisi təcili olaraq dronlara qarşı ön xətdəki əsgərlərin istifadəsi üçün yararlı olan sistemlər axtarır. Onun sözlərinə görə, belə sistemlər düşmən dronlarının siqnallarını poza bilən radioelektron mübarizə vasitələri də ola bilər.

General Geyninin ofisi habelə dronlarla mübarizə üzrə formal tədris akademiyasının yaradılması üçün bir neçə məkanı nəzərdən keçirir. Pentaqonun yeni bazası gözlənilir ki, 2024-cü ildə yaradılacaq və pilotsuz uçan aparatlara qarşı qabaqcıl təcrübə üzrə Birləşmiş Mərkəz adlandırılacaq.

“Biz istəyirik ki, bütün hərbi qulluqçuların bu təhdidə qalib gəlmək imkanı olsun”,- general əlavə edib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
Son xəbərlər
Bütün xəbərlər »