Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su basmış məzarlıqda... balıqçılar balıq tutur - Video
Su basmış məzarlıqda... balıqçılar balıq tutur - Video

Sabunçu rayonu Pirşağı qəsəbəsində bir qəbiristanlıq var. Hamının unutduğu, göz önündə olsa da, könüldən uzaq olmayan, qamışlığın içində, çirkab sularının ağuşuna aldığı bir qəbiristanlıq.

Burada yüzlərlə məzar və hasarlanmış məzar yerləri var. Bizimyol.info xəbər verir ki, yay aylarında çirkab suları buxarlanıb, azalsa da, qışda məzarların çoxu su içində qalır. Hazırda onlarla məzar çirkab suyunun içindədir. Ərazidə qəribə üfunət qoxusu var. Torpaq suyu canına o qədər alıb ki, ayağını yerə basdıqca, torpaq çökür.

Məzarların arasında gəzdikcə əmin olursan ki, bura uzun zamandır nəzarətdən kənarda qalıb. Yəqin yaxınları da gəlmir. Bəzi yeni məzarlar da suyun içində dağılıb. Daşlar bir tərəfə, güllər bir tərəfə səpələnib. Yay aylarında isə, burada həvəskar balıqçılar balıq tutur.

Görünən odur ki, bura məsul olan qurumlar ya vəziyyətdən xəbərsizdir, ya görüb göz yumurlar.

Son xəbərlər
Bütün xəbərlər »