Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Kipr məsələsinin iki dövlətli həll yolundan savayı alternativi qalmayıb”
Rəcəb Tayyib Ərdoğan

“1960-cı illərdə Kipr tərəfinə muxtariyyət haqqı tanımayan yunanlar olub. Məqsədləri adanı tək başına idarə etmək idi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

“Referendum keçirildi. Türk tərəfi olaraq soydaşlarımızın 75 faizi “hə” dedi, yunanların isə 65 faizi “yox” dedi. Cənubi Kipr Avropa İttifaqına üzv oldu, Şimali Kipri isə təşkilata qəbul etmədilər. Kəşfiyyat görüşləri ötən həftə İstanbulda başladı. İndi Miçotakis meydan oxuyur. Biz səninlə necə görüşək? Həddinizi biləcəksiniz. Sülh axtarışları varsa, sən də mənə meydan oxuma, həddini bil. O vaxt sən masadan qaçdın. Nəyə güvənirsiniz? Türkiyə dimdik ayaqdadır. Miçotakis bəzi dağlara güvənir, o dağlara qar yağıb”, - deyə Ərdoğan qeyd edib.

Türkiyənin dövlət başçısı vurğulayıb ki, Kipr məsələsinin iki dövlətli həll yolundan savayı alternativi qalmayıb: “İstər qəbul edin, istər qəbul etməyin”.(apa)

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »