IV-V əsrlərə aid edilən Alban məbədi Azərbaycanın şimalında, Zaqatala şəhərində yerləşir. Zaqatalada yerləşən tarixi abidələr dağılmış vəziyyətdədir.
Bizimyol.info xəbər verir ki, IV-V əsrə aid Alban məbədi və XIX əsrə aid Zaqatala qalası baxımsız vəziyyətdədir. Son 30 ildə bu, yerli əhəmiyyətli tarixi abidələrdə bərpa işləri görülməyib.
Vurğulayaq ki, Azərbaycanın ərazisini və tarixi abidələrini özününkiləşdirməyə çalışan erməni mənbələrində Alban məbədini ermənilərin tarixi abidələri kimi təqdim edirlər.
Üç qapısı olan Zaqatala qalası XIX əsrin əvvəllərində tikilsə də, köhnə sistemli qaladır. Zaqatala qalası çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq məntəqəsi olmuşdur.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə informasiay sorğusu göndərilib.