Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fevralın 11-nə olan hava proqnozu
hava

Fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 15-20, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.

Fevralın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
Son xəbərlər
Bütün xəbərlər »