Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abid Şərifov nəvəsinin otelindən danışdı: "Bunu böyütmək nəyə lazımdır?"
Abid Şərifov

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə otel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.

"Unikal.org”a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib. O, bildirib ki, Şəki şəhər icra hakimiyyəti tərəfindən istismara verilən "Şəki Park” oteli nəvəsinə məxsusdur:

"Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?"

Qeyd edək ki, "Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »