Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
General: "Azərbaycanın Türkiyədən aldığı minatəmizləmə maşınları istismara qəbul edilib"
Türkiyədən Azərbaycana yeni minatəmizləmə maşınları gətirilir

“Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Bununla əlaqədar mühəndis istehkam bölmələrində hazırda tədris proqramı təşkil olunub”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyədən 20 ədəd mexaniki minatəmizləmə texnikası alıb: “Texnika istehsalçı şirkət tərəfindən hazır olduqca təqdim edilir”.

A.Kərimov bildirib ki, bu gündən etibarən Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikasının istismarına başlanılıb: "Texnika müdafiə nazirinin müvafiq əmrinə əsasən tətbiqə qəbul edilib. Qısa zamanda texnika azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb ediləcək”.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »