Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizim koronavirusa restoranlara giriş yasaqdır, şadlıq evlərində isə “şellənə” bilər
Şadlıq sarayı, toy

Azərbaycan dünyada yeganə ölkədir ki, burda məntiq qanunları tərsinə işləyir.

Çox ağıllı virusla gizlənpaç oynayırıq. Ona görə ağıllı deyirəm ki, bizim koronavirusumuz yaxşı bilir ki, avtobusda nəfəs nəfəsə dayanan adamları yoluxdurmaq olmaz, amma açıq havada maskasız gəzən adamın burnunun deşiyindən girməlidir. Ona görə bizim polisimiz cərimə yazmalıdır.

Metroda yoluxma çox olur. Amma ağzınacan dolu olan avtobuslarda yoluxma olmur. Avtobus sürücüləri ölkəmizdə kütləvi immunitetin yaranmasında vaksindən və həkimlərdən daha mühüm rol oynayırlar.

Bizim virusumuz bilir ki, toy və ya yas mərasimi keçirilən zalda, küçədə gəzişəndə yoluxma yarada bilər. Amma içəridə çoxlu adamın maskasız əyləşdiyi, yeyib-içdiyi restoran və kafelərə giriş ona qadağandır, şəriətlə haramdır.

Bizim virusumuz bilir ki, idman zalları yoluxma mənbəyidir. Amma muzeylərdə heç kimə toxunmur. Bizim virus o qədər ağıllıdır ki, kimsə evində tanıdığı bildiyi qohum əqrəbalarla balaca şənlik edəndə qorxunc ola bilər, amma hər gün tanımadığın yüzlərlə insanla avtobusda, küçədə, marketdə təhlükəsiz olur.

Polis - Cərimə

Xeyir iş üçün 50 adam bir məclisə toplaşırsa, cərimə var, avtobuslarda 100 adam presslənmiş vəziyyətdə 2 saatdan artıq yol gedir, bu, icazəlidir. Açıq havada maskalı gəzilir, kafelərdə yemək icazəsi var.

Sanki XX əsrin əvvəllərində yaşayırıq. Sabirin, Mirzə Cəlilin yaratdığı prototiplər olaraq qalırıq. Maska məsələsi lap karikaturadır. Virusdan qorumaq əvəzinə əla pul tələsinə çevrilib kasıbın evini yıxır.

Bu işə sevinən bircə süpürgəçilərdir. Küçə süpürən qadınları yay-qış üzləri sarınmış görərdik. Bircə gözləri görünürdü. Bunu çox zaman tozdan qorunmaq üçün yox, sadəcə yol kənarlarında gələn gedən maşınlardakıların tənələrinə məruz qalmamaq üçün edərdilər.

Dünən dayanacağın ətrafını süpürən süpürgəçilərin danışığı diqqətimi çəkdi. “Allaha qurban olum, indi hamını bizə oxşadıb. Korona heç kimə fərq qoymur. Hamı üzünü gizlədir. Dodağını , qaşını, gözünü qayırtdıran da, bizim kimi qara qızlar da”.

Qadınların sözünü eşidib gülümsəyirəm. Amma ən böyük sürpriz dayanacaqdakı yaşlı adamlardan gəlir. Bir – biri ilə söhbət edən iki xanım süpürgəçi qadınların dediyini eşidib razılıqla başlarını yelləyirlər. Biri hamının eşidəcəyi səslə dillənir. “Vallah maskaya o qədər öyrəşmişəm, evdən maskasız çıxanda elə bilirəm lütəm”.

Bazburutundan evdə bir dediyi iki olunmadığı bəlli olan 60 yaşlı, şələbığlı zəhmli kişi bu sözü eşidəndən sonra çənəsindəki maskanı qaşıyıb, üzünü arvadına tutub ciddi- ciddi təpindi.

“Az arvad, maskanı tax!”. Lap ötən əsrlərdəki kimi, “Yaşmağını çək” deməyə bənzədi.

İlhamə

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »