Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 18 min manat pensiya alan şəxs kimdir...
Bankomat, pensiya, maaş

“Azərbaycanda 18 min manat pensiya alan şəxs var”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda minimum pensiya məbləği aylıq 220 manat olduğu halda ən yüksək məbləğ ondan 90 dəfə çoxdur. Yəni təxminən 20 min manat...

O bildirib ki, vaxtında alınan yüksək maaş və düzgün rəsmiləşdirmə pensiya yaşında vətəndaşın sosial təminatına da müsbət təsir edir.

Azərbaycanda 28 min kapital olmayana qədər pensiya verilmir və üstəlik vergilərin yüksək olması səbəbi ilə işə götürənlər işçinin əmək haqqını 250 manat civarında yazır. Bu hesabla isə vətəndaşlar təbii olaraq kapital toplaya bilmir. Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun açıqlqmasından sonra 18 min manat pensiya alan şəxsin kimliyi bizə də çox maraqlı qaldı.

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Azərbaycanda bir əlin barmaqları ilə sayılacaq qədər tək-tük belə insanlar ola bilər.

“Bizdə yanaşı fəaliyyət göstərən pensiya fondu yoxdur amma bəzi banklar var ki, onların proqramları çərçivəsində müəyyən yığım kapitalı ilə bağlı müqavilələr bağlanılır. Yəqin ki, söhbət ondan gedir. Ən yüksək təqaüd alan şəxs çox güman ki, hansısa xarici şirkətdə uzun müddət və yüksək maaşla işləyib. Yığım kapitalı kifayət qədər yüksək olub və Sosial Müdafiə Fondundakı hesabına çox böyük məbləğlərdə vəsait yığılıb ki, onun təqaüdü bu qədər yüksək olub. Onlarda əlavə bonuslar verilir və işə götürənlər tərəfindən maaşdan əlavə olan bonuslardan da sosial müdafiə xərcləri üçün əlavə vəsaitlər ödənilirdi. Azərbaycanda bir əlin barmaqları ilə sayılacaq qədər tək-tük belə insanlar ola bilər. Kütləvi şəkildə belə insanların olduğunu düşünmürəm. Çox güman ki, bu da xarici şirkətlərdə ola bilər. Mənim üçün də bu maraqlıdır. Himalay Məmişov özü açıqlasaydı ki, bu hansı formada həyata keçirilib, çox yaxşı olardı”.

İqtisadçı bildirib ki, Azərbaycanda qanunla özəl təqaüd fondlarının yaranmasına heç bir qadağa yoxdur amma o qədər maneələr var ki, onların yaranması gecikdirilir.

“Bütün qonşu ölkələrdə artıq çoxdan belə fondlar fəaliyyət göstərir. Məsələn, Rusiya, Türkiyə, Gürcüstan da belə sistem var. Bu seçimi vətəndaş özü etməlidir.

Rəqabətli mühit və dövlət tərəfindən zəmanətlə fəaliyyət göstərən özəl şirkətlər olarsa, vətəndaşla həmin o özəl təqaüd şirkətləri özləri anlaşacaqlar ki, limitin, ödənişlərin həcmi nə qədər olsun. Burada özəl təqaüd fondları ola bilər amma vətəndaşı aldatmaması üçün vətəndaşla münasibətlərin tənzimlənməsi üçün dövlət zəmanəti lazımdır. Bunlar artıq sivil dünyada fəaliyyət göstərən münasibətlər məcmuasına, formuluna uyğun olmalıdır. Azərbaycanda isə sanki dövlət tərəfindən diktə olunur. Ümumiyyətlə şərtlərin dövlət tərəfindən diktə olunması doğru deyil. Azərbaycan reallığını nəzərə alsaq kifayət qədər problemlər yaradır. Azərbaycanda belə qərarlarla böyük məbləğdə təqaüd almaların önünü kəsir və onları mümkünsüz edirlər. Sadəcə kağız üzərində olur. Amma reallığda bunun tam əksini görürük. Azərbaycanda da özəl təqaüd fondlarının normal rəqabətli mühitdə fəaliyyət göstərməsi üçün artıq bu məsələnin önü açılmalıdır. Yəni burada təşfiq proqramları ola bilər, dövlət qurumalarının maneəçiliyi aradan qaldırıla bilər. Beləliklə də bu sahədə rəqabətli mühit yarana bilər”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »