Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Laçın dəhlizi Bakının nəzarətindədir – Rusiyadan açıqlama
Laçın dəhlizi

Bundan sonra Laçın dəhlizi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yalnız noyabrın 9-da üçtərəfli bəyanata imza atan ölkələrin, həmçinin Bakıdan müvafiq icazə alan digər məmləkətlərin vətəndaşları daxil ola bilərlər.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, Dağlıq Qarabağ münaqişəsinin səbəbkarı Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Telegram kanalında bildirib.

Onun sözlərinə görə, İrəvanın akkreditasiyası üzrə fransalı jurnalistlər Qarabağa buraxılmadıqdan sonra Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Vaqarşak Arutyunyana məktub yazıb.

Qeyd edib ki, mümkün anlaşılmazlıqlardan qaçmaq üçün və yeni göstərişlərə qədər Laçın dəhlizi vasitəsilə yalnız noyabrın 9-da bəyanat imzalayan ölkələrin vətəndaşları buraxılacaqlar.

Sabiq səfir əlavə edib ki, Vaqarşak Arutyunyan bu məktuba məxfilik haqqında qrif qoyub.

Minasyan bildirir ki, Rusiya və Ermənistan vətəndaşlığı olmayan şəxslər Dağlıq Qarabağa səfər etmək üçün Bakıdan icazə almalıdırlar.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »