Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda yarım milyard dolları göyə sovuran şirkət əslində kimindir...
Franco Rizzato

“Italian Design" holdinqin rəhbəri Franco Rizzato bildirib ki, 2013-cü ildə Gənclikdə tikilən tunel 512 000 000 (milyon) dollara başa gəlib. Elə bu söz də Azərbaycanda gündəmə bomba kimi düşüb.

Müqayisə üçün deyək ki, dünyanın ən möhtəşəm tikililərindən olan Dubayın məşhur Burc- Halife otel qülləsinin tikintisinə 1,2 milyard dollar sərf olunub. Bina 161 mərtəbəlidir, 828 metr hündürlüyü var və təməlinin sahəsi 344000 kavadrat metr təşkil edir.

2010-cu ildə ilkin tikinti işlərinə 250 milyon manat vəsait ayrılıb. Qəribədir ki, dövlət büdcəsindən investisiya xərcləri çərçivəsində Qələbə meydanında (Gənclik metrostansiyası) müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi və tikintisi üçün 2010-2014-cü illərdə ümumilikdə 412 milyon manat ayrılıb. Bu, həmin dövrün məzənnəsi ilə 528 milyon ABŞ dollarına bərabərdir. Bunun 225 milyon manatı 2010-cu ildə, 80 milyon manatı 2011-ci ildə, 40 milyon manatı 2012-ci ildə, 62 milyon manatı 2013-cü ildə, 5 milyon manatı isə 2014-cü ildə ayrılıb. Bu vəsaitlər Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb.

Bu tikinti işləri ilə məşğul olan İtaliya şirkətinin ofşor şirkət olması yəqin ağlı kəsən heç kimdə şübhə oyandırmaz. Onlayn mənbələri araşdırsanız, görərsiniz ki, bu "İtaliya" şirkətinin saytinda asağı tərəfdə belə bir yazı var.: Copyright © Italian Design Azerbaijan 2015. Saytın ev, villa-filan satan səhifəsi var. Abu Dabidə yerləşdiyi bildirilib. Aşağıda qoyulan əlaqə nömrəsi də Azərcell nömrəsidir.

Yeyinti dedim, ağlıma illər öncə yeyinti faktları ilə bağlı açılmış bir iş düşdü. Bir az lap lətifəyə oxşayırdı.

Ölkədə dövlət sifarişlərini, təmir-tikinti layihələrini yerinə yetirən şirkətlərin birində "yeyinti" aşkarlanmışdı, 26 nəfər saxlanmışdı. İş icraçısı eyni maşına gün ərzində 820 reys yazıbmış, güya, eyni nömrəli maşın gün ərzində hər reysində 13 km yol qət edərək torpaq daşıyıbmış, yəni günə 10 660 km yol sürüb. Bizim İş icraçısının (bizim təbirlə "prorab") yalanına görə, sürücü bir gündə Moskvaya qədər olan məsafəni ən azı 2 dəfə gedib gəlib.

Azərbaycanda tikinti iqtisadiyyatının əsas yeyinti zənciri bu “prorablardan” başlayır. Bir obyektdə nə qədər iş icraçısı olar. Hərbi sistemdə tikintidə olan qədər vəzifə pilləsi yoxdur. Tikinti üzrə prorab, material üzrə prorab, apolofka prorabı, fəhlələrə nəzarət prorabı.

Gələk Gənclikdəki məşhur tunelə. Nəzərə alaq ki, orada istifadə olunan bütün tikinti marerialları işıqlandırmadan başqa hamısı yerli materialdır. Nəhayət, tunelə mebel almayıblar, cehiz düzməyiblər. Yoldur, aqlay daşları və işıqlarla bəzədilib. İşıqlandırmanı italyan şirkəti edib sadəcə.

Tanıdığım bir iş icraçısı işə yeni düzəlmiş mühəndis qohumuma dolanmaq yollarını öyrədəndə eşitmişdim . 1 ədəd boltu 5 dollara özəlləşdirirlər. Sonra da gedib kilosunu zibillikdən 1 dollara alırlar. Azı ayrılan pulun 75 faizi gedir müvafiq ciblərə.

Cənab Rezotto bu paylaşımı etməsəydi, bu məsələ heç kimin yadına da düşmürdü, üstü də örtülüb getmişdi. İndi təsəvvür edirsinizmi neçə belə aysberqlər var? İllər öncə ölkəmizdə serb şirkətləri tikinti işlərinə rəhbərlik etməyə gəlmişdilər. Özləri ilə hətta fəhlə də gətirmişdilər. Eyni işi görən yerli fəhlə və mühəndisə 5 manat, serblərə bundan 4-5 qat artıq əmək haqqı verilirdi. Üstəlik, gördükləri işin keyfiyyəti bərbad. Bizim yerli ustalar onların gördüyü işi havayı təmir etməli olurdular.

Özümüzə, öz xalqımıza verdiyimiz dəyər. Hər dəfə Ağ Şəhər bulvarına keçən keçiddə yeriyərkən təxminən bir metr aralıqlarla yerləşdirilmiş bahalı fənərlərə baxıb təəssüf hissi keçirirəm. Allah bilir, dəmir asqılarla, kalssik görkəm verilmiş bu çilçıraqlara nə qədər pul tökülüb. Gözəldir, amma boş israfdır. Bu fənərləri ən azından 30 metrlik məsafələrlə qoymaq olardı, addım başına nə ehtiyac var idi? Bizim qazancımız elə bər-bəzəyimizə gedir, qarnımız da ac. Necə deyərlər köy yanar, dəli qız keyfindən daranar.

İlhamə Rəsulova

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »