Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DSX: Qazax sakini Füzulidə 11 kiloqramdan artıq narkotiklə yaxalanıb
Həbs

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nun­suz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, fevral ayının 8-də həyata keçirilmiş sərhəd mühafizə və əmə­liy­yat-axtarış tədbirləri nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psi­xotrop maddəyə oxşar maddələrin qanunsuz dövriyyədən çıxarılması təmin edil­ib.

Belə ki, həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zasta­vası­nın xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi məqsədilə Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı 15-BJ-205 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması diq­qəti cəlb edib.

Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq əra­­­zi­dən qaçmağa çalışarkən saxlanılmışdır. Saxlanılan şəxsin öz hərəkətlərini mas­ka­lamaq məqsədilə hadisə yerinə içərisində öz ailə üzvləri olan avtomobildə gəlməsi də aşkar olunub.

Saxlanılan şəxsin Qazax rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Xəy­yam Camal oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içəri­sində ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələr aşkar olunaraq götürülmüşdür.

Eyni tarixdə Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağla­nıl­mış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasi­təyə oxşar maddələr aşkarlanaraq götürülmüşdür.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »