Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağda viza və ya icazə verəcək heç bir “müstəqil respublika” yoxdur!”
Şuşaya giriş

44 günlük müharibədə də , müharibədən öncə də, sonra da Azərbaycan bütün dünyaya verdiyi humanizm mesajları ilə yadda qaldı. Hələ də ölkə rəhbərliyinin dilindən Qarabağda yaşayan, Azərbaycan vətəndaşı olan ermənilərin ölkəmizin qanunları çərçivəsində bütün hüquqlarının qorunacağı, onlara zərər verilməyəcəyi bildirilir. Qarabağda aparılacaq quruculuq işlərindən, açılan kommunikasiyalardan bizim qədər Ermənistanın da faydalanacağı bəyan olunur. Cavab nə oldu? Həmişəki erməni nankorluğu.

Müharibədən məğlub çıxsalar belə, yenə də hədələyici ritorikadan əl çəkmir, xaos içində çalxalanan Ermənistanın problemlərini Qarabağdan verilən Araik Arutunyan sərsəmləmələri ilə ört- basdır eləməyə çalışırlar. Gah artıq məhv edilmiş separatçı rejimin qoşunlarının çıxarılmayacağından danışırlar, gah Nijdeyə abidə qoyurlar, gah türklər tərəfindən zorlanmış erməni qızının abidəsinin təqdimatını keçirməklə gənclərin beynini dumanlandırırlar, gah da “ölkə”yə, Daqlıq Qarabağa viza tətbiqindən danışırlar. Bütün bunlar müharibəni böyük qurbanlar bahasına qazanmış, şəhidlər vermiş, qələbə sevincini qurub yaratmaqla tamamlamaq istəyən azərbaycanlılarda sözssüz ki, qıcıqlanma yaradır.Belə olan halda xalqlar arasında hansı dialoqdan söhbət gedə bilər, hansı yatışmış münaqişədən danışmaq olar?

Mübariz Göyüşlü Mübariz Göyüşlü 

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya verdiyi açıqlamada ermənilərin, xüsusən də Qarabağda separatçı əməllərini davam etdirən, etdirmək istəyən ermənilərin hər addımda təxribat törətməsi, qızışdırıcılıq etməsinin onlar üçün faydalı olmayan nəticələr doğurağını söyləyir:

“Keçən il Ermənistanın baş naziri Nikol Paşinyan, separatçı qurumun rəhbəri Araik Arutunyan Şuşada inaqurasiya keçirib, deyib-gülüb, içki içib sərxoş olmuşdular. Bu onlara çox baha başa gəldi. Azərbaycan ordusu inaqurasiya keçirilən binanı, onların planlarını, həvəslərini, istəklərini, arzularını gözündə qoydu, başına uçurtdu. Bu onlara dərs olmalıdır. “Artsax”, “Dağlıq Qarabağ Respublikası” kimi adların, qurumların məhv olduğunu, gorbagor edildiyini, status məsələsinin olmadığını qəbul etməli və mövcud reallıqlarla barışmalıdırlar. Azərbaycan hər zaman belə məsələlərə səbrlə yanaşaraq sonda öz sözünü qətiyyətlə deyib. Bunu 44 günlük müharibədə ermənilər də, onların havadarları da əyani şəkildə görmüş oldular. Ermənilərin, xüsusən Qarabağda qalanların atdığı bu addımları onların son çırpınışları kimi dəyərləndirirəm. Ermənistanın hazırkı rəhbərliyi məğlub olmadıqlarını, Qarabağdakı separatçılar isə hələ də hansısa “status-kvo”nun olduğunu göstərmək, daxili auditoriyanı, buradakı radikal kəsimi, kilsəni, xaricdəki şovinist erməni lobbisini sakitləşdirmək üçün bu cür addımlara əl atırlar. Çünki radikallar qəbul etmək istəmirlər ki, məğlub olublar. Belə təxribatçı əməllərə əl atırlar, utopik revanş bəyanatları və çağırışları edirlər. Mən hesab edirəm ki, 2020-ci ilin 44 günlük müharibəsi, verdikləri itkilər, aldıqları ağır zərbə, yedikləri dəmir yumruq onlara dərs olmalı və belə əməllərdən əl çəkməlidirlər. Qarabağda təhlükəsizliyi qoruya bilən və qorumağa səlahiyyəti çatan əsas dövlət, qurum Azərbaycan və onun ordusu, təhlükəsizlik qüvvələridir. Rusiya sülhməramlıları burada köməkçi, yardımçı qüvvədir. Onların bəzən sülhməramlı missiyanın səlahiyyətlərindən kənara çıxması isə haqlı olaraq Azərbaycan tərəfindən narazılıqla qarşılanır və lazım olan yer göstərilir. Qarabağda heç bir “müstəqil respublika” yoxdur ki, viza versin, icazə versin. Viza da, icazə də yalnız Azərbaycandan, onun müvafiq qurumlarından alına bilər. Azərbaycan Prezidenti də, dövlət qurumlarımız da, ictimaiyyət təmsilçilərimiz də Ermənistandan Qarabağa qeyri-qanuni səfərləri pisləyib, qarşı tərəfə xəbərdarlığını edib. Bütün bunlar hamısı zamanla qaydaya düşəcək. Artıq Ağdamdakı Monitorinq Mərkəzində qardaş Türkiyə hərbçilərinin xidmətə başlaması da bu halların aradan qalxmasına ciddi dəstəkdir. Unutmayaq ki, 200 ildir bölgədə istədiyi hər şeyi edən işğalçı Rusiya və onun əlaltısı Ermənistana qarşı cəmisi bir neçə ay ərzində belə bir nəticələrə nail olmaq çox böyük hadisədir, möhtəşəm qələbədir. Bundan sonra bu qələbəni, onun nəticələrini siyasi, diplomatik, hüquqi, iqtisadi, mədəni, tikinti-abadlıq və s. istiqamətlərdə möhkəmləndirmə işi aparılmalıdır ki, bu da ötən hər həftə, hər ay daha aktiv şəkildə gerçəkləşdirilir. Əgər belə əməllərə son qoyulmazsa mən Azərbaycan Ordusunun və hüquq-mühafizə qurumlarının rəhbərliyinə müraciət edərək onları həmin ərazilərdə antitteror əməliyyatı keçirməyə çağırıram. Təxribatçılıq edənləri məhv etmək, layiq olduqları cəzaya çatdırmaq lazımdır ki, digərlərinə də dərs olsun. Mən bütün bunlara baxmayaraq, ən qısa zamanda Xankəndi və digər yerlərdə də Azərbaycan bayrağının, digər dövlət atributlarımızın olacağına, yerli azərbaycanlıların qayıdacağına, bu cür təxribatlara birdəfəlik son qoyulacağına da inanıram”.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »