"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının maaşlarından qeyri-qanuni tuturlar.
Bu barədə Bizimyol.info-ya çilingər Abbasov Tural Məharət oğlu bildirib.
O qeyd edib ki, əhalinin bahalaşma fonunda maaşların artırılmasını gözlədiyi halda əmək haqqından müxtəlif məbləğlərdə tuturlar: “350-360 manat əmək haqqı alan işçilərin maaşından 120-130 manat kəsiblər. Yanvar ayı üçün 230 manat maaş verilib.

Samux suvarma sistemləri idarəsinin əməkdaşı olan 20 nəfər təmir sexinin işçiləri etiraz əlaməti olaraq işləməkdən imtina ediblər”.
Qeyd edək ki əmək haqqından tutulmalar yalnız qanun əsasında ola bilər. Qanuna əsasən isə maaşdan tutulmalar vergilər və sosial ödəmələrlə bağlı ola bilər.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində mətbuat katibi Dilqəm Şərifov məlumatın həqiqətə uyğun olmadığını bildirib.
“İşçilərin əmək haqqısından tutulmalar mümkün deyil”,-deyə D.Şərifov qeyd edib.