Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda havaya sovrulan milyardlarla nələr etmək olardı...
Pul - manat - Büdcə

Ölkədə benzin, dizel və əhaliyə satılan suyun qiymətinin qaxlması digər məhsulların qiymət artımına səbəb olub. Bu bahalaşmadan sonra pensiyalarda kiçik bir artım müşahidə edilsə də, maaşlarda heç bir dəyişiklik olmadı.

Bəs maaşların artımı gözlənilirmi? Bizimyol.info-nun suallarını cavablandıran iqtisadçı Nemət Əliyev bildirib ki, potensial olmasa belə, indiki şəraitdə və qiymətlərin çox böyük sürətlə artım etdiyi bir vaxtda hakimiyyət əhalinin maaşlarının, gəlirlərinin artırılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməlidir.

Nemət Əliyev Nemət Əliyev

“Ölkənin daxili potensialı yoxdursa, xarici imkanlar hesabına bunu təmin etməlidir. Ona görə ki, qiymətləri dövlət tərəfindən tənzimlənən bir sıra məhsullar var ki, həmin qiymətlərin artırılması haqqında qərar qəbul edən Azərbaycan hökümətidir. Xüsusən də buraya benzinin, dizelin, əhaliyə satılan suyun qiymətləri daxildir. Bunlar elə növ məhsullardır ki, birbaşa digər məhsulların qiymətlərinin artımına təsir göstərir. Əgər ölkənin daxili imkanları əhalinin itkilərini qarşılamağa imkan vermirdisə, o zaman hökümət gərək qiymətləri qaldırmayardı. Yox əgər belə bir addım atılıbsa, məntiqlə düşündükdə hökümətin buna imkanları olmalıdır.

Digər tərəfdən isə ötən illə müqayisədə bu il neftin qiymətində bir xeyli artım müşahidə olunub və bildiyim qədəri ilə 60 dolların üzərinə qalxıb artıq. Mənə elə gəlir ki, neftdən asılı ölkə üçün bu xeyli dərəcədə əlavə imkanlar yaradır. Heç bir halda pensiyaların artımı ilə kifayətlənmək olmaz. Ona görə ki, benzinin qiymətini 11 faiz artırsalar da, kənd təsərrüfatında və yükdaşımalarda istifadə olunan dizelin qiymətində 33 faizin üzərində artım müşahidə etdik. Suyun əhaliyə satılan hissəsində isə birbaşa 2 dəfə qiymət artımları müşahidə olunub.

Daxili bazarda, marketlərdə ərzaq məhsullarının satış qiymətlərində yüksək bahalaşma müşahidə edilir. Misal üçün günəbaxan yağları bir müddət əvvəl marketlərdə 2,60-2,70 qəpiyə satılırdısa, bu gün artıq qiymətləri 3,50 qəpiyə qalxıb. Digər məhsulların qiymətlərində də əhalini çox ciddi şəkildə narahat edəcək səviyyədə qiymət artımları mövcuddur. Ona görə də, hökümət elə bir xətt tutmalıdır ki, əhalinin gəlirləri həmin bu bahalaşma hesabına yaranan itkiləri kompensasiya etmək gücündə olsun.

Mən hesab edirəm ki, daxili potensial imkanlar həmişə var. Yalnız bunu neft qiymətlərinin artırılması hesabına deyil, iri dövlət şirkətlərində mənimsəmənin qarşısını almaq hesabına xeyli dərəcədə əlavə imkanlar əldə etmək mümkündür. Məsələn, “Azərsu”, “Azərenerji”, “Dövlət Dəmir Yolları”nda biabırçı maliyyə  israfçılığına rəst gəlmək mümkündür. Havaya sovrulan milyonları, milyardları bir araya gətirmək hesabına əhalinin gəlirlərində, maaşlarda, pensiyalarda normal səviyyədə artım yaratmaq mümkündür.

Ekspertin sözlərinə görə, ölkənin qeyri-neft sektorunda çalışan sahibkarlara törədilən maneələri aradan qaldırmaqla bu sahədə də imkanlar yaratmaq mümkündür.

“Yaxud da ölkə daxilində investisiya mühidi yaratmaq olar. Ölkə daxilində elə bir siyasi, ictimai, psixoloji biznes mühiti var ki, bu istər xarici, istərsə də yerli investrların Azərbaycan iqtisadiyyatından qaçmasına səbəb olur. Bu yöndə də hökümət çox ciddi addımlar ata bilər ki, əhalinin vəziyyətinin yaxşılaşdırılmasına kömək edə bilsin”.

Ramil Abbasov Ramil Abbasov

İqtisadçı Ramil Abbasov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, qiymət artımı xüsusilə də neft və suyun qiymətinin artırılması istehlak səbətində özünü mütləq ki, biruzə verir. Belə ki, artıq ev təsərrüfatları yaranmış əlavə xərci ödəmək üçün əlavə məbləğ cəlb etməli olur.

“Əgər ev təsərrüfatına əlavə vəsait daxil olmursa, o zaman istehlak səbətində nəyəsə qənaət etməlidir. Başqa bir yol isə əmək haqqlarının artırılması yolu ilə təmin oluna bilər. Hazırda büdcə xərclərində yenidənqurma işlərinə ayrılan vəsait artıb. Nəzərə alsaq ki, dövlət büdcəsində neftin qiyməti 2021-ci il üçün 40 dollar səviyyəsində götürülüb və inidiki qiyməti 60 dollar ətarfındadır, o zaman qiymətlərin belə davam edəcəyi halda düşünürəm ki, ölkə gəlirlərinin və valyuta ehtiyatlarının artması əmək haqqlarının qaldırılmasına imkan verə bilər. Təbii ki, burada hökümətin fiskal və monetar siyasət prioritetləri də mütləq əsas götürülməlidir. Bundan əlavə dövlət rəsmilərinin də 2021-ci il üçün orta əmək haqqının 727 manat olacağını proqnozlaşdırması əmək haqqı artımlarının olacağına əsas verir. Əlavə edim ki, keçən il də nominal əmək haqqında artım olmuşdu. Burada əsas məsələ əmək haqqının artırılması deyil. Əsas məsələ əmək haqqının qiymət artımına uyğun indeksləşdirilməsidir”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »