Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bitkoin "balonlar"ı partlayanda dünyada dəhşətli dalğalanma olacaq
bitkoin

Bitkoinin qiyməti tarixi maksimumuna yüksələrək təxminən 48 min dollara çatıb. CoinDesk-in məlumatına görə, bu səhər saat 09:48 də sözügedən kriptovalyuta 47,9 min dollara satılıb. Son 3 ayda bitkoin 3 dəfə bahalaşıb. Onun belə dəyər qazanmasında bitkoinin təsisçilərindən olan milyarder Elon Maskın rolunun olduğu vurğulanır.

İqtisadçı Natiq Cəfərli bildirir ki, dünyada yaranmış iqtisadi kollapsı Elon Maskın rolu daha da gərginləşdirəcək. O, Maskın xilaskar, yoxsa aferist rolu oynmasının gələcəkdə hadisələrin gedişatı zamanı məlum olacağını deyib.

Natiq Cəfərli Natiq Cəfərli

“Dünyada iqtisadi kollaps yaşanır, bütün ölkələrdə ÜDM azalır, iqtisadi aktivlik zəifləyir, hətta iqtisadi aktivliyi öncədən təsbit etməyə kömək edən sifarişlər indeksi də azalır, amma dünya birjalarında birja indeksləri tarixi maksimumlardadı, bu anormallıqdır, bir tək təşviq paketlərinə görə aktivlərin, səhmlərin qiymətini bu qədər şişirtmək olmaz, bu "balonlar" partlayanda dünya yeni böhranla silkələnəcək”.

Natiq Cəfərli qeyd edib ki, belə manipulyativ hərəkətlər böyük böhranların və hətta toqquşmaların xəbərçisidir. "Hazırda dünyada 15 trilyon dollar bazara pul atılıb, bu vəsait sırf manipulyasiyalara sərf olunur. Nə iş yerləri açılır, nə sahibkarlar bundan istifadə edə bilir. Bu havayı pul çəkilməyə başlayanda 1929-cu ildə baş verən qlobal böhrandan da dəhşətli dalğalanma olacaq. Ən faciəvi məsələ budur ki, bu tip böhranlar böyük müharibələrə gətirib çıxarır”.

İqtisadçı qeyd edib ki, bütün bunlara səbəb dünyada siyasətin keyfiyyətinin düşməsidir. Aferistlər hakimiyyətdə olduğu sürəcdə yeni hitlerlərin yaradılması da qaçılmaz olacaq, çünki elə faşizm ideologiyasını da, Hitleri də siyasət yox, böyük biznes yaratmışdı. Məhz bu anlamda Maskın dünyanı qurtarmağa çalışdığı, yoxsa dərin böhranlara sürüklədiyini demək üçün zaman lazımdır.

İqtisadçı alim Saleh Məmmədov bitkoinin sürətli yüksəlişini elm məhsulu adlandırıb. O həmçinin bildirib ki, 10 il öncə bitkoinə inanıb min dollar investisiya edənlər indi 47 milyon dolların sahibidirlər.

Saleh Məmmədov Saleh Məmmədov

“Müqayisə üçün bildirək ki, 2010-cu ildə bir dollar 1000 Bitkoinə satılırdı. İndi əksinə, bir bitkoin 47185 dollara satılır. Deməli, 2010-cu ildə bu elmi məhsula min dollar investisiya edən şəxs bu gün 47 milyon 185 min dolların sahibidir, yəni, bu istiqamətdə elmə qoyulan hər dollar min dəfə deyil, 100 min dəfə də deyil, 47185000 dəfə çox gəlir verir. Onu da deyim ki, bitkoin maliyyə mühəndisliyinin sırf elmi məhsuludur, blokçeyn texnologiyalarında hazırlanıb, arxasında heç bir qızıl, brilyant, platin və ya ABŞ, Avropa və ya Yaponiya iqtisadiyyatı durmur. Yalnız yeni elm sahəsi olan maliyyə mühəndisliyi durur, güclü müdafiə sistemi var.

Bəs Azərbaycanda bu elm və ya aferizm məhsuluna münasibət necədir? Azərbaycanlıların böyük əksəriyyətinin kriptovalyutalara münasibəti neqativdir, inamsızdır. Lakin yox səviyyəsində də deyil.

2018-ci ildə Azərbaycanda yatırım şəbəkəsinə dair ilk xəbər portalı yaradılıb. Yatırım netvorku, şəbəkə marketinqi, Blokçeyn texnologiyası və kriptovalyutalardan bəhs edən yerli informasiya mərkəzi "ONMA Line Consulting" şirkəti tərəfindən təsis olunub. Azərbaycanlı istifadəçilər üçün nəzərdə tutulan portalda Bitcoin, altcoinlər, İCO-lar, birjalar, elekrton cüzdanlar, ödəmə üsulları, həmçinin referal marketinq, pump siqnalları, təlim və vebinarlar haqda məlumatlar verir.

Bu sahə üzrə mütəxəssis və təssiçi Qurbanəli Ömərin fikrtincə, bitcoin hər zaman mövcud olacaq. “Amma ona müəyyən tənzimləmələr olacaq, hər bir ölkə ondan faydalanmağa çalışacaq, amma o hər zaman sahibsiz nəzarətsiz valyuta olaraq qalacaq. Məsələn, Monero kimi valyutalar nəzarətsiz işlər üçün də istifadə olunur. Çirkli pulların yuyulması kimi hallar üçün kriptovalyutadan istifadə halları da genişlənməkdədir. Hazırda qadağan olunmuş fəaliyyət sahələrində də kriptovalyutalar üzərindən pulköçürmələr genişlənməkdədir. Çünki burda tərəflər barəsində məlumat əldə etmək olmur.

Hər bir ölkə onlayn bankinqlə bağlı öz blokçeynini yazacaq və öz kriptovalyutasını buraxmağa çalışacaq, nəinki ölkə, hətta hər bir şirkət bunu etməyə çalışacaq. Artıq bunun toxımları var. Artıq Estoniya dövlət olaraq öz kriptovalyutasını buraxacağını elan edib. Hər bir ölkənin öz kriptovalyutası olduqdan sonra rəqabət artacaq”.

Elon Maskın yaratdığı növbəti kriptovalyutalardan biri zarafatla dogkoin (itkoin) adlandırılıb. Amma zarafatla yaradılan elektron pul da artıq böyük uğurlarla birjalara təqdim edilir. Gözləyək görək “it” bizi qapacaq, yoxsa sadiq dostumuz olur. Hər halda 10 il əvvəl bitkoinlə dostluğa başlayanlar indi çoxlarının həsəd apardığı milyonçulardır.

İlhamə Rəsulova

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »