Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrükçülər mobil telefonlar və aksesuarları aşkarlanıb
Gömrük Komitəsi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Belə ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçən zaman saxlanılıb və çantalarının rentgen aparatından keçirilməsi üçün “Qırmızı kanal” buraxılış sisteminə yönləndirilib.

Bu zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus əl çantalarında əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, yazılı və ya elektron formada bəyan edilməyən 14 ədəd “İphone 12 Pro 128GB”, 2 ədəd “İphone 12 Pro Max 128GB”, 1 ədəd qutusu və aksesuarları olmayan “Samsung A71” markalı mobil telefon, 1 ədəd “Airpods Pro” markalı qulaqlıq, 4 ədəd “Iphone” markalı mobil telefonlar üçün USB və 14 ədəd telefon aksesuarları üçün qab aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »