Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Separatçılar gəlsə Qarabağda münaqişə alovalna bilər”
Xankəndi

Qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər nazirliyi” əraziyə viza rejiminin tətbiq edilməsi barədə bəyanat verib. Bəyanatda bildirilib ki, xarici vətəndaşlar bölgəyə daxil olmaq üçün əvvəlcədən müraciət etməlidirlər. Müraciətlər təhlükəsizlik məsələləri nəzərə alınaraq Rusiya sülhməramlılarına da ötürülür. Müraciətlər təsdiqlənəndən sonra xarici vətəndaşlar “Artsax respublikası”nın Yerevandakı daimi nümayəndəliyindən viza alırlar. Əcnəbilər yalnız bu viza ilə Qarabağ ərazisinə səfər edə bilərlər.

Ermənistanın hətta ən biabırçı məğlubiyytdən sonra belə təxribatlar edib, ara qızışdırmaq istəyəcəyi məlum idi. Lakin bu həddə həyasızlıq gözlənilən idimi?

Politoloq, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, Arayik Arutunyan Rusiya sülhmərmalı qüvvələrinə arxayın olub , belə bir açıqlama verir. Ümumiyyətlə xarici vətəndaşların qanunsuz olaraq Qarabağa gəlməsinə imkan verilməməlidir. Azərbaycan ərazsində separtimizmin qalması qorxulu nəticələr törədə bilər.

Məhəmməd Əsədulzadə Məhəmməd Əsədulzadə

“Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi və ərazilərini işağlda azad etməsinə baxmayaraq, Dağlıq Qarabağda kiçik bir ərazidə Rusiya sülhməramlılarının məsuliyyət zonasında bir qrup erməninin və buradan bəyanatlar verməsi təbii ki, müəyyən suallar doğurur. İlk növbədə Rusiya sülhmərmalı qüvvələri bu məsələləri tənzimlənməlidir və Azərbaycan ərazsində separtimizmin qalmasına imkan verməməlidir. Göründüyü kimi Rusiya hələki bu məsələdə ciddi işlər görümür. Xankəndində Arayik Arutunyanın vediyi bəyanatlara gəldikdə isə, əlbəttə o Rusisiya sülhmərmalı qüvvələrə arxayın olub , belə bir açıqlama verir. Ümumiyyətlə xariui vətəndaşların qanunsuz olaraq Qarabağa gəlməsinə imkan verilməməlidir. Laçın dəhlizində mütləq Azərbaycan postu olmalıdır. Ötən gün Fransa jurnalistlərinin geri qaytarılması və Azərbaycanndan icazə alınması barədə məlumatlar görünür, həqiqətdir və Arayik artıq öz sonunun yaxınlaşdığının fərqindədir. Azərbaycan Ermənistaandan qəti tələb edib ki, Laçın dəhlizindən xarici vətəndaşlar Azərbaycan ərazsində keçməməlidir. Azərbaycan bu məsələyə diqqət etməli və bu kimi probelmlərin qarşısnı almalıdır. Əgər, separatizmə dəstək verən qüvvələr Qarabağa daxil olacaqlarsa, onda münaqişə növbəti mərhələdə alovalna bilər. Ona görə də Qarabağa xarici vətəndaşları- bura Ermənistan və Rusiya da aiddir, qəti buraxmaq olmaz. Bura Azərbaycan ərazidiri və Laçın dəhlizində bizim postumuz olmalıdır ki, belə bir təxribatlar baş verməsin”,- deyə politoloq qeyd edib.

Görünən kənd bələdçi istəmir. Baydenin gəlişi ilə əli qolu bir qədər genişlənən Ermənistanın yenidən böyük xəyallara qapılacağı gözləniləndir. Bayden- Putin qarşıdurmasının yəqin ki ilk meydanı da Qarabağ olacaq. Bu anlamda yaxın müddət ərzində Qarabağda sabitlikdən danışmaq tezdir. Düşmənin irəli sürəcəyi hər plana qarşı ən az 2 planla hazırlı dayanmaq şərtdir. Bu gün bizim gözümüzə kiçik təxribat kimi dəyən hər bir addımın, hərəkətin biz 30 illik ağır nəticələrinin şahidləri olduq.

İlhamə

Paylaş »
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vaksin varsa, sərt karantin niyə var?
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Son xəbərlər
Bütün xəbərlər »