Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazi atası: Bizə verilən diqqətdən narazıyam, özümü öldürmək istəyirəm
Qazi - Valeh İsayev

“İsayev Valeh Mehrac oğlu Ağdaş rayon sakinidir.22 yaşı var. Hələ Tovuz hadisələri zamanı Pedoqoji Universitetin birinci kursunda alacağı təhsili yarımçıq buraxıb, könüllü cəbhəyə yazılıb. Füzuli, Xocavənd, Cəbrayılın azad olunması uğrunda döyüşlərdə iştirak edib. Ağır yaralanıb və 4 aydır Mərkəzi Hospitalda müalicə alır. Onurğa iliyi zədələndiyi üçün hərərkət edə bilmir. Ovətən üçün hər şeyindən keçməyə hazır oldu, Vətən də onu unutmasın”.

Bu sözləri Bizimyol.info-ya qazi Valehin atası Mehrac İsayev deyir. Ata danışdıqca qəhər boğur, tək dərdi oğlunun sağaldığını görməkdir. Deyir balam bu halda qalsa mən intihar edəcəm.

“Oğlum hazırda mərkəzi qospitaldadır. 4 aydır yatır.Sinəsindən aşağı hissiyatı yoxdur. Boynundan güllə yarası alıb, onurğa iliyi zədələnib. Bircə dəfə yanına buraxdılar məni gördüm, qəhrimdən öldüm. Öləydim, onu elə görməyəydim. Zəifləyib, nə hala qalıb. Həkimlər deyirlər ki, bizdə müalicəsi yoxdur. Biz dəfələrlə dövlət başçısına, Mehriban xanıma, Yaşat Fonduna müraciət etmişik, eləcə məktub gəlib ki, müraciətinizə baxılacaq. Valeh 4 aydır ağzı yuxarı palatada yatır. Hətta otura da bilmir. Başı hərlənir. Döyüş zamanı ayağı ağır zədələnib, nəyinsə altında qalıb. Ayağını kəsmək istəyiblər, amma kəsməyiblər, amma toxumaları bərk zədələnib. 20 gün komada olub ciyərlərində, böyrəklərində problem yaranıb. Aparata qoşulu yaşayıb. Ən əsası da erməni snayperi vurub, güllə boynunun arxasından girib başın üst qapağından çıxıb.7-8 saat döyüş meydanında qalıb qan itirib.Sinəsindən aşağı hissəni hiss etmir.

Ağzına suyu, yeməyi özü ala bilmir. Amma gəncdir, bədəni inkişafdadır, düzgün müalicə aparılsa yaxşılaşar. Həkimlər deyir xaricdə müalicəsi var. Mən bisavad adamam.III qrup əliləm. Anası da epilepsiya xəstəsidir. Bizim başımız çıxmaz harda yaxşı həkim var, harda yoxdu. Mən demirəm mənə maddi yardım edilsin, pul yığılsın oğlumu müalicə edək. Dövlət bunu üstünə götürüb. İstəyir oğlumu göndərsinlər, istəyir xaricdən həkim gətirsinlər, amma nəsə eləsinlər. Mən uşağımı bu halda görə bilmirəm. Bir az da belə davam eləsə intihar edəcəm. Həyatdan əlimiz üzülüb. Mən bizə verilən qiymətdən narazıyam. Müraciət edirik, elə ağızucu deyirlər qeydə aldıq , maraqlanacağıq. Burda insan həyatından söz gedir. Hər keçən gün xəstənin əleyhinə işləyir. Mən ailəmi 130 manat pensiya ilə dolandırıram. Bakıya gedib gəlmək də xərcdir. İcra hakimiyyətindən maraqlandılar, adımızı yazdılar. Amma elə o gedən oldular. Oğluma medal verilməyib, qazi kimi də adı getmir, xəstəxanadan deyirlər ki, müalicə olunub çıxandan sonra qazi kimi qeyd edilə bilər. Xəstəxana deyir ki ağır xəstələrin sayını adını istəyiblər biz də Valehin adını vermişik. Yaşat Fondundan bizə deyirlər həkim tapın xərcini biz çəkək. Mən axı hardan tapım. Sizi bundan ötrü yaradıblar, siz tapın da. Mən ömrümdə xaric görmüşəm? Sonra dedilər uşağın özünün xarici pasportu olmalıdır. Gözləyin. Bir dəqiq söz deyən yoxdur. Hamı gözlə deyir, nagüman qalmışıq. Mən dönə-dönə xahiş edirəm, Valeh balamın müalicəsində bizə yardım edilsin, övladımız gözümüzün önündə əriyir”,- deyir qazi atası.

Biz də Bizimyol.info olaraq qazimizin problemini işıqlandırdıq ki, bəlkə kiminsə əlindən hansısa bir kömək imkanı gələ.

İlhamə

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »